Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1009/2025 17.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Qərarından şikayət verilmiş şəxs İİ Tağım Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş Leytenantı Nümayəndə, X1 iştirakları ilə, 09 avqust 1959-cu ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonunun Qımılqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır. X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi 25 iyun 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi 25 iyun 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, əks hərəkət zolağına çıxaraq ötmə əməliyyatını həyata keçirməmişdir, onun sağında olan nəqliyyat vasitəsi sağa dönmək istəyərkən o, həmin vaxt onun yanında keçib gedərkən istifadəsində olan mobil telefon vasitəsinə əks hərəkət zolağına çıxaraq ötmə əməliyyatı aparılması ilə bağlı cərimə olunmağı barədə məlumat verilmişdir. Bundan sonra o, qeyd olunan cərimə ilə razılaşmayaraq həmin anın video görüntüsünü ona təqdim edilməsi bağlı müracət etmiş, lakin ona həmin görüntü təqdim edilməmişdir. Qeyd olunan cərimə ilə razılaşamayaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs İİ Tağım Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş Leytenantı Nümayəndə qərarının əsaslı olduğunu və sübut olaraq video diskin olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi 25 iyun 2025ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 iyun 2025-ci il tarixdə X5 idarə etdiyi “NİSSAN TEANA” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Quba-Yalama yolunun 22-ci km-də hərəkətdə olarkən əks istiqamət hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını aparmasına baxmayaraq nəqliyyat vasitəsinin sağ tərəfində yolun sağ tərəfinə dönmək istəyən nəqliyyat vasitəsnin yanından keçdiyini bildirmişdir. Bununla da o, qüvvədə olan qanunun tələblərini pozmuşdur; 25 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 25 iyun 2025-ci il tarixdə X5 idarə etdiyi “NİSSAN TEANA” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını həyata keçirməsi ilə bağlı qüvvədə olan qanunun tələblərini pozmuşdur. Buna əsasən X5 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, 25 iyun 2025-ci il tarixdə X5 idarə etdiyi “NİSSAN TEANA” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən ötmə əməliyyatını düzgün aparmadığına görə yol patrul inspektoru saxlandığı vaxt, inzibati xətanı törətməsini etiraf etmiş və məsələnin yerində həll olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Əksinə videogörüntüdən göründüyü kimi, inzibati xətanın törədilməsini etiraf etmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi 25 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi 25 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1009/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1009/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver