Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-101/2025 10.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Xaçmaz rayonu Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu Qaraqurdlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 30 dekabr 2024-cü il tarixdə, Xaçmaz rayonu Xudat şəhəri ərazisində satılması qadağan olunmuş pirotexniki vasitələr satmışdır. Buna görə də Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru, X3 tərəfindən Şəxs barəsində inzibati xəta törədilməsi haqqında 30 dekabr 2024cü il tarixli protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş, Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru, X3 ifadə verərək göstərdi ki, 2024cü ilin dekabr ayının son günlərində Şöbə rəhbərliyinin göstərişi əsasında bayram günləri ilə əlaqədar rayon ərazisində pirotexniki vasitələrin istifadəsi və satışına qarşısının alınması məqsədi ilə xüsusi reydlər keçirildi. Həmin vaxtı rayon Polis Şöbəsinin əməkdaşları Xudat şəhəri ərazisində Şəxs icarə əsasında işlətdiyi mağazada baxış keçirildikləri zaman şəxsin pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslə bir yerdə saxlanılaraq rayon Polis Şöbəsinə gətirilərək barəsində müvafiq sənədləşmə işləri aparılaraq, barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, mövcud kredit borcunun ödənilməsi məcburiyyətində qaldığından onları bu il satmaq qərarına gəldiyini, satışının qadağan olduğunu bilmədiyini, bir daha satışı qadağan olunmuş malların satışı ilə məşğul olmayacağını və Azərbaycan Respublikasının qanunlarına tabe olacağını bildirdi. Sonda Şəxs məhkəmədən törətdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə inzibati xəta törətdiyini və cavanlığını nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Xaçmaz rayon X8 Patrul Xidməti Bölüyünün polis baş serjsantı Cəbrayıl Paşayevin 30 dekabr 2024-cü il tarixli raportundan görünür ki, o, həmin tarixdə polis baş serjantı Anar Bəşirov ilə birlikdə Xaçmaz rayon Xudat şəhəri ərazisində xidmətdə olduqları zaman iki nəfər şəxsin satışı qadağan edilmiş pirotexniki vasitələr satışını həyata keçirdiyini aşkar edərək həmin şəxsləri Xaçmaz rayon Polis Şöbəsinə gətirdikdən həmin şəxslərin Xaçmaz rayon Qaraqurtlu kən sakini Şəxs və Xaçmaz rayon Şollar kənd sakini X6 olması onlara məlum olmuşdur. Bundan başqa, iş materialarında olan 30 dekabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş aktdan və fotoşəkillərdən görünür ki, Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru, X3 tərəfindən hal şahidlərinin iştirakı ilə Şəxs 9 qutu partlayıcı, 1 ədəd 100 atışlıq fişəng, 2 ədəd P23 partlayıcı 1 qutuda 14 ədəd çıl-çıraq, 9 ədəd fişəng 1 qutu bighang adlı partlayıcı, 1 qutu tend 2 adlı partlayıcı, 2 qutu bighang adlı partlayıcı, 1 qutu 4 bank adlı partlayıcı, 1 qutu pirat adlı pirotexniki vasitələrə baxış keçirilərək, qablaşdırlaraq götürülmüşdür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində, inzibati xətanın bilavasitə obyekti olmuş 9 qutu partlayıcı, 1 ədəd 100 atışlıq fişəng, 2 ədəd P23 partlayıcı 1 qutuda 14 ədəd çıl-çıraq, 9 ədəd fişəng 1 qutu bighang adlı partlayıcı, 1 qutu tend 2 adlı partlayıcı, 2 qutu bighang adlı partlayıcı, 1 qutu 4 bank adlı partlayıcı, 1 qutu pirat adlı pirotexniki vasitələr müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN SƏRXAN SƏMƏDZADƏ Düzdür: HAKİM XİDİR QULİYEV.
Məhkəmə qərarları › İş №3(067)-101/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-101/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver