Məhkəmə qərarları › İş №3(067)-1010/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1010/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1010/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, Qusar rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 10 fevral 2023-cü il tarixli MN seriyalı ******* saylı qərarın ləğv edilməsi barədə X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Qusar rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 10 fevral 2023-cü il tarixli MN seriyalı ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. X2 məhkəməyə ərizə göndərərək, şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki, X1 ərizəsi geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və İXM-nin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Qusar rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 10 fevral 2023-cü il tarixli MN seriyalı ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar