Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1010/2025 29.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Şəxs barəsində İXM-in 571-ci maddəsi ilə inzibati xəta törətməsinə dair MN seriyalı ******* nömrəli, 06 may 2025-ci il tarixli protokol tərtib edərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 06 may 2025-ci il tarixdə saat 09:00-dan 11:00-dək sahil nəzarəti bölməsinin xidməti ərazisinin 91-ci yanalma körpüsü istiqamətində “ƏBQ” sərhəd naryadı başçısı “Xaçmaz” sahil nəzarəti şöbəsinin əməliyyat müvəkkili kapitan-leytenant X2 və “İlxıçı” sahil nəzarəti bölməsinin rəisi leytenant X1 tərəfindən “ƏBQ” sərhəd naryadı xidmətini təşkil edən zaman saat 10:10 radələrində rejim sularında 1 ədəd üzmə vasitəsi vizual müşahidə edilmişdir. Müşahidıə olunan üzmə vasitəsi 91-ci yanalma körpüsünə yan alarkən saxlanmış və baxış keçirilmişdir. Baxış zamanı heç bir şübhəli hal və əlamətlər aşkar edilməmişdir. Nəticədə saat 10:40-da yan alan İL-3115 bort nömrəli, “taxta” tipli, “Yamaha- 25” mühərrikli, həyət üzvü xx.xx.1986-cı il təvəllüdlü Şəxs “Azərbaycan Respublikası ərazi və daxili sullarında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması qaydaları”nın (2 nömrəli əlavə) tələbləri izah edilmiş və icazəsiz rejim sularına daxil olduğu üçün “İlxıçı” SNB-nə dəvət olunmuşdur. Bununla əlaqədar olaraq saat 17:05-də İL-3115 bort nömrəli üzmə vasitəsinin heyət üzvü Şəxs icazəsiz rejim sularına daxil olduğu üçün izahat və iltizamı alınaraq su sərhəd rejim pozucusu qismində sənədləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən aşağıdakı prinsip və müddəaları rəhbər tutur. Belə ki, İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ Düzdür: XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №3(067)-1010/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1010/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver