Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1012/2020 25.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə xx xxx 1974-cü ildə Xaçmaz rayonunun Hacıisaoba kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonunun Hacıisa-oba kəndində yaşayan X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tərtib edilmiş inzibati təbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli 000518 saylı protokolun ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə 1000 manat məbləğində cərimə olunmasına dair xx xxxx 2020-ci il tarixli 000518 saylı protokol tərtib olunmuşdur. X6 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tərtib edilmiş inzibati təbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli 000518 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2016-cı il tarixdə saat 10:30 radələrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsinin əməkdaşı X1 rayonu Hacıisa-oba kənd ərazisində torpağa mülkiyyət hüququna dair JN 0037 seriyalı, 30214098 kodlu dövlət aktına əsasən onun, yəni X4 qardaşının mülkiyyətində olan 0.95 ha əkinə yararlı torpaq sahəsinin 0.20 ha 2 metr dərinliyində qazılaraq süni göl yaradılmağına görə o, cərimə edilmişdir. Onun qardaşına məxsus torpaq sahəsində süni gölün yaradılmasını qanunsuz bilib qardaşını cərimə etməkdənsə onu cərimə etməklərinə baxmayaraq protokolda da qeyd ediblər ki, guya o, əkinə yararlı torpaq sahəsində torpağın münbit qatını korlayaraq süni göl yaradılmasını qanuna zidd olduğunu bilməmişdir. Həmin gölün ərazisi torpaqların qida maddələri ilə təmin olunma dərəcəsi, bioloji və fiziki xassələri yoxlanılmasına dair rəsmi sənəddə həmin torpaq sahəsinin münbit olmadığı və əkinə qətiyyən yararlı olmadığı göstərilmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsinin əməkdaşı X1 rayonu Haxcıisa-oba kəndinə gələrək heç nə soruşmadan həmin sözü gedən ərazinin onun adına protokol tərtib edərək onu 1000 manat məbləğinə cərimə etmişdir. O, hesab edir ki, barəsində tərtinb olunmuş protokol qanunsuz və əsassızdır. Ona görə də xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsinin əməkdaşı X2 tərəfindən barəsində tərtib olunmuş N000518 nömrəli protokolun ləğv olunması barədə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xətalara dair işlər üzrə qərarlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən xx xxxx 2020-ci il tarixli 000518 saylı protokoldan şikayət verilmişdir. Həmçinin, inzibati materiallar araşdırılarkən müəyyən olunmuşdur ki, X7 oğlu barəsində tərtib edilmiş qərar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2016-cı il tarixli 000518 saylı protokolun ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Xəlilov
Məhkəmə qərarları › İş №3(067)-1012/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1012/2020
25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver