Məhkəmə qərarları › İş №3(067)-1016/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1016/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1016/2020 26.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X20, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsində yataqxana 1-də yaşayan X7 məxsus avtomobildən 74 manat pulu, Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə, Xaçmaz şəhəri, Atatürk küçəsi dalan 2 ev 2-də yaşayan X2 məxsus 90 manat dəyərində Samsunq Dues markalı mobil telefonu, Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Üçgün kəndində yaşayan X3 məxsus evin həyətindən 40-45 manat dəyərində 2 ədəd 4 metr uzunluqda dəmir boruları, Bundan başqa o, xx xxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Uzun-oba kəndində yaşayan X12 evinin qarşısında ona məxsus 70-80 manat dəyərində 1 (bir) ədəd otbiçən aparatı, Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Uzun-oba kəndində yaşayan X8 məxsus şaftalı bağından 80 manat dəyərində 10 (on) ədəd şaftalı ağacının meyvəsini, Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində yaşayan X16 məxsus Xaçmaz şəhəri, N. Nərimanov küçəsində yerləşən moteldən 50 manat pulu, Bundan başqa o, xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, H. Aslanov küçəsi dalan 1, ev 4 yaşayan X13 məxsus ərzaq mağazasından 1 (bir) ədəd 46 manat 80 qəpik dəyərində Civas Ragel adlanan spirtli içkini, Bundan başqa o, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X14 məxsus avtomobilindən 90 manat dəyərində 1 ədəd Pioneer markalı maqnitofonu, Bundan başqa o, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X9 məxsus 40 manat dəyərində 1 ədəd somavarı, Bundan başqa o, xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Xaspolad-oba kəndində yaşayan X1 məxsus Xaçmaz şəhəri, H. Hüseynov küçəsində yerləşən 10 saylı evin qarşısında saxladığı avtomobilindən 100 manat dəyərində 1 ədəd maqnitofonu, Bundan başqa o, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanda yaşayan X4 məxsus evin həyətinin giriş qapsından asdığı 10 manat dəyərində 1 ədəd bayrağı, Bundan başqa o, xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Hüseynov küçəsində yaşayan X17 məxsus evin həyətindən 1 ədəd 80 manat dəyərində su matorunu və 20 manat dəyərində çəkic alətini, Bundan başqa o, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X5 məxsus evin həyətindən 25 manat dəyərində 2 ədəd ev quşunu, Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə ünvan 6 ünvanda yaşayan Məlikov Böyrək İbrahim oğlunun evindən 26 manat dəyərində 3 ədəd boya və 30 manat dəyərində 20 metr elektrik naqillərini gizli yolla talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsində yataqxana 1-də yaşayan X7 məxsus avtomobildən 74 manat pulu, xx xxxxxx 2020-ci il tarixdə, Xaçmaz şəhəri, Atatürk küçəsi dalan 2 ev 2-də yaşayan X2 məxsus 90 manat dəyərində Samsunq Dues markalı mobil telefonu, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Üçgün kəndində yaşayan X3 məxsus evin həyətindən 40-45 manat dəyərində 2 ədəd 4 metr uzunluqda dəmir boruları, xx xxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Uzun-oba kəndində yaşayan X12 evinin qarşısında ona məxsus 70-80 manat dəyərində 1 (bir) ədəd otbiçən aparatı, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Uzun-oba kəndində yaşayan X8 məxsus şaftalı bağından 80 manat dəyərində 10 (on) ədəd şaftalı ağacının meyvəsini, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində yaşayan X16 məxsus Xaçmaz şəhəri, N. Nərimanov küçəsində yerləşən moteldən 50 manat pulu, xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, H. Aslanov küçəsi dalan 1, ev 4 yaşayan X13 məxsus ərzaq mağazasından 1 (bir) ədəd 46 manat 80 qəpik dəyərində Civas Ragel adlanan spirtli içkini, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X14 məxsus avtomobilindən 90 manat dəyərində 1 ədəd Pioneer markalı maqnitofonu, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X9 məxsus 40 manat dəyərində 1 ədəd somavarı, xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Xaspolad-oba kəndində yaşayan X1 məxsus Xaçmaz şəhəri, H. Hüseynov küçəsində yerləşən 10 saylı evin qarşısında saxladığı avtomobilindən 100 manat dəyərində 1 ədəd maqnitofonu, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanda yaşayan X4 məxsus evin həyətinin giriş qapsından asdığı 10 manat dəyərində 1 ədəd bayrağı, xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Hüseynov küçəsində yaşayan X17 məxsus evin həyətindən 1 ədəd 80 manat dəyərində su matorunu və 20 manat dəyərində çəkic alətini, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X5 məxsus evin həyətindən 25 manat dəyərində 2 ədəd ev quşunu, xx xxxxxx 2020-ci il tarixdə ünvan 6 ünvanda yaşayan Məlikov Böyrək İbrahim oğlunun evindən 26 manat dəyərində 3 ədəd boya və 30 manat dəyərində 20 metr elektrik naqillərini gizli yolla talamışdır. Əməlindən peşmandır. Zərər çəkmiş şəxslərə vurduğu zərəri ödəməmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X10 xx xxxxxx 2019-cu il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X15 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X6 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X6 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X18 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X6 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X6 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X11 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X6 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X25 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X25 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X25 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X18 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X11 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında aprotokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs həbsinin əvvəli inzibati qaydada tutulduğu xx xxxxxx 2020-ci il tarixdən saat 20:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə həbs inzibati tənbeh növü tətbiq edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdə saat 20:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar