Məhkəmə qərarları › İş №3(067)-1016/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1016/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1016/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X9 X10 nümayəndəsi inzibati təcrübə üzrə inspektoru Nümayəndə, X1 iştirakları ilə, X4 Xaçmaz rayon X9 X10 nümayəndəsi inzibati təcrübə üzrə inspektoru Nümayəndə 27 iyul 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Xaçmaz rayon X9 X10 nümayəndəsi inzibati təcrübə üzrə inspektoru Nümayəndə 27 iyul 2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, o, həmişə qoyunları örüşə aparıb gətirmişdir. 26 iyul 2023-cü il tarixdə həmişə olduğu kimi qoyunları örüşdən evə apararkən, qoyunları yolun bir tərəfindən digər tərəfə keçirmək istədikdə, həmin vaxt o, yerdən keçən nəqliyyat vasitəsi onun qoyunun vuraraq öldürmüşdür. Həmin vaxt nəqliyyat vasitəsinin heç bir zərər yetirilməsə də bir balaca cızılmışdır. O, sürücüyə özünün çox kasıbçılıqla dolandığını, ailəsini qoyunçuluqla məşğul olaraq dolandırdığını, hətta aliment pulunu da bu yolla məşğul olaraq dolandırdığını bildirmişdir. Bundan sonra sürücü ona əslinin Xaçmaz rayonu Əhmədoba kəndindən olduğunu, lakin özünün Bakı şəhərində yaşadığını bildirərək telefon nömrəsini ona verərək, kartının nömrəsini ona deməsini pulu sonra kartına vuracağını demişdir. Sonradan o, sürücü ilə əlaqə saxladığı zaman sürücü ona heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Sürücünün bu cavabından sonra o, 27 iyul 2023-cü il tarixdə polisə ərizə ilə müraciət etmiş və həmin müraciət əsasında 28 iyul 2023-cü il tarixdə polisə dəvət edilərək izahatı alınmışdır. Sürücü də dəvət edilmişdir, lakin o, həmin günü saat 16:00 radələrində gələcəyini demişdir. Sonradan sürücünün də izahatı alınmışdır. İzahatı alındıqdan iki gün sonra o, protokola imza edilməsi üçün dəvət edilmişdir. O, həmin protokolla razılaşmadığı üçün imza etməkdən imtina etmişdir. Bundan sonra onun yaşadığı ünvana məhkəmədən məktub gəlmişdir. Məhkəmədən bununla bağlı maraqlandığı vaxt, o, bilmişdir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı ona qarşı iddia qaldıraraq 540 manat dəymiş ziyanı tələb edir. O, bundan sonra həmin protokoldan şikayət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Xaçmaz rayon X9 X10 nümayəndəsi inzibati təcrübə üzrə inspektoru Nümayəndə 27 iyul 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X9 X10 nümayəndəsi inzibati təcrübə üzrə inspektoru Nümayəndə göstərdi ki, 26 iyul 2023-cü il tarixdə Çiləgir-Əhmədoba yolunda xırda buynuzlu mal qaranın vurulması ilə bağlı yol nəqliyyat hadisəsi qeydə alınmışdır. Həmin hadisə ilə bağlı hər iki tərəfin izahatları alınmışdır. Nəqliyyat vasitəsi “Ford Fusion” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. X11 Hacıbudayeviçdir. İdarə etdiyi nəqliyyat vasitəsi ilə X5 məxsus mal-qaranı vuraraq və baş vermiş hadisə nəticəsində bir baş mal-qara tələf olmuşdur. Bununla bağlı şəxs özü 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə tərəflərindən araşdırılmış və qeyd olunan hadisənin asvalt-beton örtülüyü yolda olması, həmçinin sutkanın axşam saatlarında baş verməsi, qeyd etmişdir ki, hadisə axşam saat 20:30-da baş vermişdir. Bu qeyd etdikləri hər iki tərəfin izahatlarında öz təsdqini tapır. Yol hərəkəti haqqında qanunun 39-cu maddəsində mal-qara ötürənin vəzifələri qeyd olunur və özü də bir başa normadır. Qeyd olunan maddənin tələbləri pozulduğuna görə X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsində göstərilən xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, X4 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qanuni və əsaslıdır. Onun ləğvi üçün heç bir əsas yoxdur, ona görə də ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X13 Bölməsinin 15 dekabr 2022-ci il tarixli, TP-5451162 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 iyul 2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 26 iyul 2023-cü il tarixdə X7 mal-qaranın ötürmə qaydalarını pozmuşdur; 27 iyul 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 26 iyul 2023-cü il tarixdə X7 mal-qaranın ötürmə qaydalarını pozmuşdur. Buna əsasən X7 İXM-in 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi qaydalarının pozulmasına, və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış normanın tələblərini pozulmasına görə qırx manat məbləğində cərimə edilir X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X13 Bölməsinin 27 iyul 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz rayon X13 Bölməsinin 27 iyul 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar