Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1016/2025 06.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə xx.xx.2001-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun ünvan 1 ünvanında yaşayan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X8 04 iyul 2025-ci il tarixdə saat 16:35 radələrində özünə məxsus “Vaz-2106” markalı, 54BL037 dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi eedib Xaçmaz şəhəri, N.Nərimanov küçəsində idarə edərkən ərazidə xidmətdə olan Xaçmaz rayon X10 yol polisi bölməsinin yol-patrul xidməti inspektorları tərəfindən saxlanılaraq ona törətdiyi inzibati xəta barədə məlumat verilməklə barəsində müvafiq sənədləşmə aparılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş, lakin o, polis əməkdaşları ilə mübahisə edib polis şöbəsinə getməkdən imtina etmiş, dəfələrlə nizamintizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X4 göstərdi ki, X8 04 iyul 2025-ci il tarixdə saat 16:35 radələrində özünə məxsus “Vaz-2106” markalı, 54BL037 dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi edib Xaçmaz şəhəri, N.Nərimanov küçəsində idarə edərkən ərazidə xidmətdə olan Xaçmaz rayon X10 yol polisi bölməsinin yol-patrul xidməti inspektorları tərəfindən saxlanılaraq ona törətdiyi inzibati xəta barədə məlumat verilməklə barəsində müvafiq sənədləşmə aparılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş, lakin o, polis əməkdaşları ilə mübahisə edib polis şöbəsinə getməkdən imtina etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs X8 özünü təqsirli bilməyərək göstərdi ki, 04 iyul 2025-ci il tarixdə saat 16:35 radələrində özünə məxsus “Vaz-2106” markalı, 54BL037 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə hərəkətdə olarkən ərazidə xidmətdə olan Xaçmaz rayon X10 yol polisi bölməsinin yol-patrul xidməti inspektorları tərəfindən saxlanılmış, saxla işarəsi verildikdən sonra N.Nərimanov küçəsində “Unibank”ın Xaçmaz filialınlın qarşısında avtomobili saxlayıb düşmüşdür. Yol-patrul xidməti inspektorları özlərini təqdim edib ona avtomobilində konstruksiya dəyişikliyi etməklə inzibati xəta törətdiyini bildirərək avtomobili ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ona məxsus avtomobili özləri idarə edib duracağa aparacaqlarını bildirərkən o, əsəbiləşib imtina etmiş, sənədlərinin qaydasında olduğunu bildirməklə avtomobili özü idarə edib aparacığını bildirmişdir. Lakin polis əməkdaşlarına qarşı tabesizlik göstərməmiş, sadəcə olaraq avtomobili özü idarə edib aparacağını onlardan tələb etmişdir. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz rayon X10 yol polisi bölməsinin yolpatrul xidməti inspektoru Şahid1 göstərdi ki, 04 iyul 2025-ci il tarixdə saat 16:35 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə xidməti avtomobilləri ilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində xidmətdə olarkən həmin küçə ilə hərəkətdə olan “Vaz-2106” markalı, 54BL037 dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblər pozulmaqla konstruksiya dəyişikliyi edildiyini müşahidə edərək siqnal işarəsi ilə həmin avtomobilin sürücüsünü saxlamışlar. Avtomobilin sürücüsü, sonradan şəxsiyyəti onlara məlum olan X7 avtomobildə konstruksiya dəyişikliyi etməklə nəqliyyat vasitəsini idarə etməklə inzibati xəta törətdiyini bildirirək barəsində müvafiq sənədləşmə işləri aparılmasından ötrü avtomobili ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. X3 mübahisə yaradıb, aqressiv davranmaqla polis şöbəsinə getməkdən, yaxud avtomobilin açarlarını təhvil verməkdən imtina etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirərək qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sonra post-patrul xidmətinin köməkliyi ilə X11 Şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz rayon X10 yol polisi bölməsinin digər əməkdaşı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 04 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport, materiala əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş hadisənin videogörüntülərinə dair DVD disk, inzibati xəta haqqında protokol etmiş şəxsin və şahidlərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs X5 polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməməsi və izahatında irəli sürdüyü digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə X5 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə X1 şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə X5 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyü qənaətinə gəlir və barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 04 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X8 04 iyul 2025-ci il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, X5 həbsinin əvvəli 04 iyul 2025-ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 04 iyul 2025-ci il tarixdən saat 19-00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-1016/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1016/2025
06.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver