Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1017/2021 14.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs Asif oğlunun iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonunun Sayad kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs 30 iyun 2021-ci il tarixdə mal-qaranı nəzarətsiz buraxması nəticəsində həmin heyvanlar Zərərçəkmiş şəxs Asif oğluna məxsus Xaçmaz rayonunun Ərəb kəndində yerləşən 7,20 ha taxıl sahəsinə daxil olaraq 1.0-1.20 hektarlıq ərazidəki arpanı yeyərək məhv etməklə zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Xaçmaz rayon X2 X3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmədə izahat verən Zərərçəkmiş şəxs Asif oğlu göstərdi ki, onun və ailə üzvlərinin Xaçmaz rayonun Ərəb kəndi ərazisində 7.20 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsində taxıl əkmişlər. Həmin kənddə ferma işlədən Şəxs 30 iyun 2021-ci il tarixdə mal-qaranı nəzarətsiz buraxması nəticəsində həmin heyvanlar ona məxsus taxıl sahəsinə daxil olaraq 1.0-1.20 hektarlıq ərazidəki arpanı yeyərək məhv etməklə ona 1050 manat məbləğində maddi ziyan vurmuşdur. Vurulmuş ziyan inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən ona ödənilməmişdir. O, Şəxs qarşı ziyan tələbi ilə bağlı məhkəyə iddia ərizəsi ilə müraciət edəcəkdir. Məhkəmə zərərçəkmiş şəxsin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan iş materiallarında olan inzibati xətanı törətmiş şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2021-ci il tarixli qərar, inzibati xəta haqqında 08 oktyabr 2021-ci il tarixli protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş X4 İnkişaf Mərkəzinin 06 iyul 2021-ci il tarixli, 03/571 nömrəli məktubundan görünür ki, Xaçmaz rayonunun Qobuqıraq kənd sakini Zərərçəkmiş şəxs Asif oğlunun Xaçmaz rayonunun Ərəb kəndi ərazisində yerləşən sonuncuya məxsus 7,20 ha torpaq sahəsinə özünün iştirakı ilə baxış keçirilərkən həmin buğda sahəsinin təxminən 1.0-1.20 hektarının mal-qara tərəfindən yeyilərək məhv olduğu müəyyən olunmuşdur. 1.0 ha buğda sahəsindən 25 sentner məhsul götürüləcəyi və buğdanın kq-nın hazırki qiymətinin 0,35 AZN olması nəzərə alınmaqla zərərçəkmiş şəxsə 1050 manat maddi ziyan dəymiş olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli- 1050 (bir min əlli) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1017/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1017/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver