Məhkəmə qərarları › İş №3(067)-1017/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1017/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1017/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, X10 Mamat oğlunun katibliyi, Qərardan şikayət verən X2, Qərarından şikayət verilən Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə X2 Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ X1 rayon məhkəməsinə müraciət edərək, Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023- cü il tarixdə Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən mənim barəmdə Azərbaycan Respubikasının İXM-nin 271 və 266.2-ci maddələrinə nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, barəsində 3500 manat məbləğində cərimə edilməyi haqqında tənbeh növü tətbiq edilib. xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 20-21 iyul 2023-cü il tarixdə Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları aşağıdakı məzmunda Xaçmaz rayon Palçıq oba bələdiyyəsinin yurisdiksiyasına daxil olan Xaçmaz rayon Ağaşirin oba kəndinin cənubunda olan Qusarçay çayının kənarında olan ərazidə yaşayış evlərinə yaxın ərazidə bərk məşiət tullantıları atıldığını və uzun müddət daşınmadan ətraf mühütün mühafizəsi tələblərinə riayət olunmadan qalaqlanaraq saxlandığı və anti-sanitar vəziyyət yaranması barədə akt tərtib ediblər. xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon Ağaşirin oba kənd ərazisində əhalinin həyat fəaliyyəti zamanı formalaşan məişət tullantılarının emalı yerləri müəyyənləşdirilmədiyi üçün ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmadan qalaqlanaraq saxlandığına görə Xaçmaz rayon Palçıq oba bələdiyyəsinin sədri olaraq onun barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, protokolu qanunsuz və əsassız olduğuna görə imza etməkdən imtina etmişdir. O, səlahiyyətlərinə aid olmasa da bələdiyyə sədri olaraq ictimai rifah, ərazinin təmizliyi və torpaqlarının tullantılarla çirklənmədən qorunması məqsədilə dəfələrlə həmin ərazini və digər ərazinin məşiət və.s tullantılardan təmizlətmişdir. Həmçinin məşiət tullantılarının töküldüyü bildirilən ərazi bələdiyyə yox dövlət mülkiyyətində olan torpaq sahələrinə aiddir. Həmçinin bəzi kənd sakinləri məşiət tullantılarını heç kimin xəbəri olmadan bir neçə gün əvvəl həmin çay kənarındakı əraziyə aparıb atıblar və onun bundan xəbəri olmamışdır. Qanunvericilikdə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması rayon icra hakimiyyəti başçılarına həvalə edilmişdir. Eyni zamanda kənddə məişət tullantılarının daşınması üçün işlək mexanizmləri nə qanunvericilikdə, nə də praktik təcrübədə yoxdur, işlərinin təşkili üçün dövlət büdcəsindən məqsədli (ünvanlı) vəsait ayrılmır. Xarici təcrübədə bu məsələ əsasən bələdiyyələrin vəzifə və səlahiyyətlərinə aid olsa da ökəmizdə bələdiyyələrə yalnız maarifləndirmə rolu həvalə olunmuşdur. 2012-ci ilin iyununda qəbul edilən “Yerli icra hakimiyyətləri Əsasnaməsi”ndə yerli problemlərin həlli ilə bağlı bütün məsuliyyətin məhz yerli icra hakimiyyətlərinə məxsus olduğu aydın görünür. “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü, 5-ci və 6-cı maddələrində yerli özünüidarə qurumlarına müəyyən səlahiyyətlər nəzərdə tutulsa da, “Yerli icra hakimiyyətləri Əsasnaməsi”ndə, bir sıra sahə sənədlərdə (məsələn, “Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena. və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları“) eyni səlahiyyətlərin tamamı mərkəzi və yerli icra strukturlarına ayrılıb. Bütün kommunal xidmətlərin hamısı mərkəzi hökumətə məxsus dövlət şirkətləri vasitəsilə reallaşdırılır. Bələdiyyələr isə yerli əhali ilə birlikdə toplaşıb iməclik və ümumi yerlərin təmizliyini abadlaşdırmasmı həyata keçirə bilərlər. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilir ki, Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalarf’nın təsdiq edilməsi haqqında qaydalara əsasən “YAŞAYİŞ VƏ İSTİRAHƏT YERLƏRİNİN TƏMİZLİYİNƏ GÖRƏ CAVABDEHLİK” aydın göstərilmişdir. Həmin qərann 10-cu maddəsində Şəhər (rayon) icra hakimiyyətləri, aidiyyəti qurumlar və bələdiyyələrin cavabdehlik daşıdığı bu sahədəki səlahiyyətlər dəqiq göstərilmişdir. Bu Qaydalarda aidiyyəti qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. Yəni bələdiyyələrə heç bir aidiyyatı yoxdur. Həmin qərarın 10.5-ci maddəsində bələdiyyənin səlahiyyətlərinə aid olan məsəl- bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; - əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Bələdiyyələrin bu sahədə işi torpaqlarının tullantılarla çirklənmədən qorunması və yerli əhali arasında marifləndirmə işinin aparılması və yerli əhalinin iməcliklərə cəlb edilməsidi. Ona görə də bələdiyyə cavabdehlik daşımadığından bələdiyyə barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilməzdi. Qanunvericiliyə nəzər saldıqdan sonra aydın görünür ki, bələdiyyə sədri Azərbaycan Respublikasının İXM-nin 271 və 266.2-ci maddəsinin subyekti ola bilməz və bələdiyyə barəsində qərarda göstərilən pozuntularla bağlı inzibati tənbeh vermə haqqında protokol tərtib edilə bilməz. Bütün bunlara baxmayaraq qanunsuz və əsassız tərtib olunmuş cərimə porotokolu və qərarı poçt vasitəsi ilə Xaçmaz rayon Palçıq-oba bələdiyyəsinə göndərilmişdir. O, həmin vaxt məzuniyyətdə olduğundan qeyd olunan cərimənin onun adına yazıldığından və bələdiyyənin ünvanına göndərildiyindən xəbəri olmamışdır, o, xx.xx.2023-cü il tarxdə Palçıq oba bələdiyyəsinin inzibati binasına getdikdə iş masasının üstündə poçt zərfini görmüş və açdığında həmin inzibatı tənbeh vermə haqqında qərarla tanış olmuşdur. Qeyd olunan qərardan 10 gün müddətində yuxarı səlahiyyətli orqana və məhkəməyə şikayət verilməsi qeyd olunmuşdur. Zərfin göndərilmə tarixinə xx.xx.2023-cü il tarixdə çatması barədə möhür vurulmuş və şikayət müddətinin ötürüldüyü müəyyən olunur, lakin o, məzuniyyətdə olduğundan qeyd olunan qərarı xx.xx.2023-cü il tarixdə almışdır, məhkəmədən xahiş etmişdir ki, müddət üzürlü səbəbdən buraxıldığını nəzərə alınaraq, şikayət müddətini bərpa edib şikayətinə baxılması üçün icraata götürsün. “Larin və Larina Rusiya Federasiyasına qarşı” iş üzrə 7 iyun 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin məlumatlandırılmasının hansı üsulunun seçilməsinə baxmayaraq, məhkəmə bildirişi proses iştirakçılarına şəxsən imza edilməklə verilməlidir. Məhkəmə iclasının başlanğıcında iclasda iştirak etməyən şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişinin verilib- verilmədiyi aydınlaşdırılmalıdır. Bundan sonra məhkəmə iclasının təxirə salınıb- salınmaması haqqında qərar qəbul edilməlidir. İstənilən halda tərəf lazımi qaydada məlumatlandırılmamışdırsa, məhkəmə iclası təxirə salınmalıdır. Eyni zamanda, tərəflərin məhkəmə iclasında iştirak etməməsi, onların məhkəməyə çağırılma şərtləri və onların gəlməməsi səbəbləri məhkəmə aktında öz əksini tapmalıdır. “Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, işə aşkar baxılması hüququ o zaman mənasını itirmiş hesab olunur ki, işdə iştirak edən tərəf məhkəmə iclası barədə məlumatlandırılmaması nəticəsində milli qanunvericilikdə nəzərdə tutulmuş məhkəmədə iştirak etmək hüququndan məhrum olur. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə 9 iyun 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Belə ki, inzibati orqanın qərarının ona şəxsən çatdırılmaması onun həmin qərardan xəbərsiz qalmağına, məhkəməyə müraciət hüququndan məhrum olmağına səbəb olur. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilir. Bir sıra qərarlarında Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməsinin və məhkəmə sənədlərinin rəsmi qaydada təqdim olunmasının hüquq və azadlıqların məhkəmədə müdafiəsinin təmin edilməsi baxımından əhəmiyyətinə dair hüquqi mövqelərini ifadə etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, həmin mövqeləri nəzərə almayaraq, məhkəmələr tərəfindən oxşar səhvlərin buraxılması yolverilməz hesab edilir və prosessual qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə təcrübəsi üzrə sənədlərin göndərilməsini və çatdırümasını inzabatı orqan tərfındən göndərilən sənədlərinin çatdırılmasına da aid etmək olar, çünki pozulan insan hüquqlarıdır və vətəndaşın məhkəmə əlçatanlığını əlindən alır. Hesab edir ki, Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 İnzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında izahat verən X6 şikayətinə uyğun izahat verərək qərarın ləğv edilməsini xahiş etmiş, əlavə olaraq onu da bildirmişdir ki, zibillər Qusarçay yatağına tökülmüşdür, çayın yatağı isə bələdiyyənin xidmət göstərdiyi sahə deyil. Bununla bağlı ona yalnız protokola imza etmək təklif olunmuşdur, o isə imza etməkdən imtina etmişdir. Ekologiyanın əməkdaşları ona izahat yazmağı təklif etməmişdirlər. İzahat versə idi, bəlkə məsələ araşdırılardı və hər şey aydın olardı. Ona görə də, həmin əraziyə görə o məsuliyyət daşıya bilməz. Buna görə də, Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarının ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilən Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək qərarın mahiyyətini səsləndirmiş və bildirmişdir ki, X6 barəsində tərtib olunan qərar əsaslı olduğundan qüvvədə saxlanılmasını xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, zibillər çayın yatağına tökülmüş olsa idi, o halda vətəndaş məsuliyyətə cəlb olunmazdı, çünki çayın yatağı dövlət mülkiyyətinə aiddir və buna görə bələdiyyər məsuliyyət daşımırlar. Amma vətəndaş öz təqsirsizliyini sübut edə bilməmişdir, buna görə də barəsində inzibati cərimə tətbiq olunmuşdur. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərar ləğv edilməli və yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3500 manat məbləğində cərimə olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin törədilmə yeri səlahiyyətli orqan tərəfindən tam müəyyənləşdirilməməsi, X4 inzibati xətaya aidiyyatı olub-olmamasına əhəmiyyətli təsir göstərir. Müəyyən edilmişdir ki, zibillər çay yatağına töküldüyü halda, X4 inzibati xətaya aidiyyatı olmamış olur. Səlahiyyətli orqanın nümayəndəsi isə, məhkəmə iclasında zibillərin dəqiq töküldüyü ərazini dəqiq qeyd edə bilməmişdir. Səlahiyyətli orqanın nümayəndəsi ərazinin şübhəli olmasını qeyd etməklə bildirmişdir ki, X8 təqsirsiz olmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, səlahiyyətli orqan X5 inzibati məsuliyyətə cəlb edərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırmamışdır. İnzibati hadisənin dəqiq törədilməsi yeri müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri və İXM-nin 116, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ X2 şikayəti qismən təmin edilsin. Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən araşdırlması üçün Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apleyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar