Məhkəmə qərarları › İş №3(067)-1017/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1017/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1017/2025 07.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X8 Regional İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X8 Regional tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X5 tərəfindən Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “Balıq evi” obyektinin üzərində xx.xx.2025-ci il tarixdə müvafiq icazə alınmadan açıq məkanda qanunsuz reklam yayımı aşkar edilmişdir. 31 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət X8 Regional İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “Balıq evi” obyektinə dəfələrlə getdiklərini və hər obyektə getdikləri zaman orada onları X5 qarşıladığını və bu səbəbdən X10nin obyekt sahibi kimi tanımışlar. X10 ilə söhbət etdikləri zaman icazə alınmadan açıq məkanda qanunsuz reklam yayımı ilə bağlı xəbərdar etdiklərini və buna görə reklamın qanuni yolla reklam yayımının keçirilməsi ilə bağlı bir illik rüsumunu dedikləri zaman Yaşar Əhədzadə onlara obyekt sahibinin özü olmadığını, məsələ ilə bağlı Şahid müraciət etmələrini bildirmişdir. Məsələ ilə bağlı Şahid ilə söhbət etdikləri zaman Şahid onlara həmin obyektin arxasında yerləşən sexlərin özünə məxsus olmasını, sözü gedən yəni “Balıq evi” obyektin isə artıq işlətmədiyini, icarəyə verdiyini bildirmişdir. Bu səbəbdən də obyektə dəfələrlə gəldikləri zaman onları Yaşar Əhədzadə qarşılaşdıqlarına görə şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 göstərdi ki, Azərbaycan Respublikası Dövlət X8 Regional İdarəsinin əməkdaşları “Balıq evi” obyektinə dəfələrlə gəldikləri zaman onları o, qarşılasa da, həmin obyektin sahibi, icarədarı olmadığını bildirmişdir. O həmin restoranda qeyri-rəsmi olaraq “administrator” vəzifəsində işləmişdir. Yəni Şahidla heç bir əmək müqaviləsi bağlamadan, “Balıq evi” restoranında administrator vəzifəsində işləmişdir. Reklam agentliyinin işçiləri də obyektə gəldikləri zaman müvafiq icazə alınmadan açıq məkanda qanunsuz reklam yayımı ilə bağlı xəbərdar edildiyi zaman o, qeyd olunan obyektin yiyəsinin və ya icarədarı özünün olmadığını bildirməsinə və reklam agentliyinin əməkdaşlarına Şahid ilə danışmaqlarını tövsiyyə etsə də, Azərbaycan Respublikası Dövlət X8 Regional İdarəsinin nümayəndəsi buna heç bir əhəmiyyət verməyərək barəsində hazırki protokolu tərtib etmişdir. Onu da bildirmişdir ki, o “Balıq evi” restoranında qeydri-rəsmi administrator vəzifəsində 2025-ci ilin keçən ayınadək, yəni iyun ayınadək işləmişdir. İyun ayından sonra qeyri-rəsmi işdən çıxmışdır. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X8 Regional İdarəsinin nümayəndəsi Nümayəndə2 07 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində xəta haqqında iş üzrə icraat aparılan X4 bu inzibati xətaya aidiyyatın olubolmamasını sübuta yetirmək üçün məhkəmədən vaxt istəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati xəta tərkibi yaradır İş materiallarında X4 vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə fərdi sahibkar kimi Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “Balıq evi” adlı obyektində işləməsi ilə bağlı hər hansı bir sənəd əlavə edilməmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş 22 iyul 2025-ci il tarixli, 3-21-2-10/2-Ə-6xx-xx/2025 saylı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, X1 fəaliyyəti 16 noyabr 2024-cü il tarixdən 17 noyabr 2034-cü il tarixədək dayandırılmışdır. İş materiallarından görünür ki, Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “Balıq evi” adlı obyektinin fasadında açıq məkanda reklamı həyata keçirilməsi ilə bağlı foto şəkillər iş materiallarına əlavə edilmişdir, lakin X4 həm obyektlə bağlılığı araşdırılmadan şəxsin göstərilən obyekt ilə bağlılığı araşdırılmadan barəsində 01 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.3-cü maddəsinə əsasən müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına, eyni zamanda bildirilməlidir. Məhkəmədə müəyyən olundu ki, X2 şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “Balıq evi” obyektinə dəfələrlə obyektə gəlmiş Azərbaycan Respublikası Dövlət X8 Regional İdarəsinin əməkdaşlarının qarşılaması səbəbindən əməkdaşlar onun obyektin sahibi olduğunu zənn edərək barəsində hazırki protokolu tərtib etmişlər. Belə olan halda məhkəmə qeyd edir ki, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələbinə riayət edilmədən X4 icazəsiz açıq məkanda reklam yerləşdirməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, belə olan halda X4 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 105, 114, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar