Məhkəmə qərarları › İş №3(067)-1018/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1018/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1018/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, barəsində inzibati qərar çıxarılmış şəxs X2, İnzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati qərar çıxarılmış şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X4 inzibati tənbeh vermə haqqında 06 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X4 inzibati tənbeh vermə haqqında 06 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 2500 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X4 06 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X7 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 06 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş ərizəni nəzərdən keçirərək hesab edir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X4 inzibati tənbeh vermə haqqında 06 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikyət ərizəsi müraciətinə əsasən baxılmamış saxlanılmaqla onun özünə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ : X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X4 inzibati tənbeh vermə haqqında 06 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikyət ərizəsi baxılmamış saxlanılmaqla ərizə və əlavə olunmuş sənədlər onun özünə geri qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar