Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1019/2024 10.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və qərardan şikayət vermiş fiziki şəxs X4 iştirakı ilə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X4 AQTA-nın X2 07 iyun 2024-cü il tarixli, MN №1611257 saylı qərarından şikayətinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: AQTA-nın Quba- X7 inzibati tənbeh vermə haqqında 07 iyun 2024-cü il tarixli, MN №1611257 saylı qərarına əsasən X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində 500 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X8 AQTA-nın Quba- X7 inzibati tənbeh vermə haqqında 07 iyun 2024-cü il tarixli, MN seriyalı ******* qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, 18 may 2024-cü il tarixdə AQTA-nın Quba- Xaçmaz RB-nin əməkdaşları onun yaşadığı Xaçmaz rayon Qımıl-qışlaq kəndində yerləşən ünvanına gedərək, yoxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq qaydalarını yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın epizootiya əleyhinə dair qərarlarının pozulmasına görə cərimə etmişlər. Belə ki, həyətində qapalı yerdə öz həyətində saxladığı yerli bir aş heyvana iynə vurulmasını tələb etdilər. O, onlara inəyinin artıq 1 ay olar ki, mayalandığını, iynə vurmağın inəyin və balasının tələf olmasına səbəb ola biləcəyini izah etsə də, onlar buna məhəl qoymamışlar. AQTA-nın Quba- Xaçmaz RB-nin əməkdaşları ona bilərəkdən fiziki şəxsin 200 manat cərimə olunması əvəzinə 500 manat cərimə yazmışdır. Özü heç bir yerdə işləmir. Ona görə də AQTA-nın Quba- X7 inzibati tənbeh vermə haqqında 07 iyun 2024-cü il tarixli, MN №1611257 saylı qərarının qanunsuz və əsassız olduğunu hesab edir. Qərarından şikayət verilmiş AQTA-nın X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə qərarından şikayət verilmiş AQTA-nın X2 nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X8 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə AQTA-nın Quba-Xaçmaz RB-nin əməkdaşı yaşadığı Xaçmaz rayon Qımıl-qışlaq kəndində yerləşən ünvanına gedərək, yoluxucu xəstəliklərin qarşısının alınması üçün həyətimdə saxladığı yerli bir baş heyvana iynə vurulmasını tələb etmişlər. O, onlara inəyinin artıq 1 ay olar ki, mayalandığını və onu qapalı şəraitdə saxladığını izah etmiş və əgər həmin iynə vurlarsa, inək və balasının tələf ola biləcəyini bildirmişdir. Onlar dediklərinə məhəl qoymayaraq onu fiziki şəxs kimi deyil, sahibkar şəxs kimi 500 manat cərimə etmişlər. Halbuki, o, sahibkar deyil və heç bir yerdə də işləmir. Bu səbəbdən də cəriməni əsassız hesab edərək ləğv olunmasını xahiş etmişdir. İş materiallarında olan AQTA-nın X2 07 iyun 2024-cü il tarixli, MN №1611257 saylı qərarından müəyyən olunur ki, X1 rayonu, Qımıl-qışlaq kəndi ərazisində yoxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq qaydalarını yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın epizootiya əleyhinə dair qərarlarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 500 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İş materiallarında olan 3 saylı Ərazi Vergilər İdarəsinin 14 fevral 2020-ci il tarixli sənədindən müəyyən olunur ki, vergi orqanına təqdim edilmiş ərizəyə əsasən X4 fəaliyyəti müvəqqəti olaraq 14 fevral 2020-ci il tarixdən 14 fevral 2025-ci il tarixədək dayandırılmışdır. Ərizədə qeyd edilən son tarixdən fəaliyyəti bərpa olunacaq və vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranacaqdır. “Azemis” Elektron məhkəmə informasiya sistemində qeyd alınmış X4 barəsində olan vergi məlumatından müəyyən olunur ki, X4 vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi müvəqqəti olaraq dayandırılmışdır. Məhkəmə barəsində inzibati qərar çıxarılmış şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmənin gədiyi nəticə: Belə ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 14 fevral 2020-ci il tarixli sənədindən və “Azemis” Elektron məhkəmə informasiya sistemində qeyd alınmış X4 barəsində olan vergi məlumatından göründüyü kimi X8 hüquqi şəxs kimi fəaliyyətini dayandırdığına görə fiziki şəxs hesab olunur. AQTAnın X5 bu hala diqqət yetirməmiş, X8 fiziki şəxs olduğu halda, onun barəsində vəzifəli şəxs qismində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bununla da, AQTA-nın X5 tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozaraq X6 vəzifəli şəxs kimi 500 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 289.0.4-cü maddəsinə əsasən yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın epizootiya əleyhinə dair qərarlarının pozulmasına və ya icra edilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, AQTA-nın X5 tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulduğundan iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də AQTA-nın Quba- X7 07 iyun 2024-cü il tarixli, MN №1611257 saylı qərarı qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X4 AQTA-nın X2 inzibati tənbeh vermə haqqında 07 iyun 2024-cü il tarixli, MN №1611257 saylı qərarından şikayəti qismən təmin edilməli, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsi ilə təqsirli bilinərək, 500 manat cərimə olunmasına dair AQTA-nın X2 inzibati tənbeh vermə haqqında 07 iyun 2024-cü il tarixli, MN №1611257 saylı qərarı ləğv edilməli, işə yenidən baxılması AQTA-nın X3 tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsi ilə təqsirli bilinərək, 500 manat cərimə olunmasına dair AQTA-nın X2 inzibati tənbeh vermə haqqında 07 iyun 2024-cü il tarixli, MN №1611257 saylı qərarı ləğv edilsin və işə yenidən baxılması AQTA-nın X3 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-1019/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1019/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver