Məhkəmə qərarları › İş №3(067)-1020/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1020/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1020/2025 18.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Ruxsalə Əmrah qızının katibliyi ilə, Şəxs barəsində olan 3(067)-1020/2025 saylı inzibati işə baxaraq, müəyyənetdi: İcraatıma Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə tərtib edilmiş 3(067)-1020/2025 və 3(067)-1018/2025 saylı inzibati xəta haqqında işlər daxil olmuşdur. Məhkəmə həmin işləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə olan 3(067)-1020/2025 saylı iş onun barəsində icraatımda olan 3(067)-1018/2025 saylı inzibati xəta haqqında işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İcraatımda olan 3(067)-1020/2025 və 3(067)-1018/2025 saylı inzibati xəta haqqında işlərin materiallarından görünür ki, hər iki inzibati xətalar Şəxs tərəfindən törədilib və belə olan halda, AR İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd olunan işlər bir icraatda birləşdirilərək, eyni vaxtda baxılmalıdır. Ona görə də, 3(067)-1020/2025 saylı işin icraatına xitam verilməklə həmin iş 3(067)- 1018/2025 saylı inzibati xəta haqqında işə birləşdirilməlidir. Yuxarıda göstərilənləri və AR İXM-nin 34-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: İcraatımda Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə olan 3(067)-1020/2025 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməklə həmin iş icraatımda olan 3(067)-1018/2025 saylı işə birləşdirilsin. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar