Məhkəmə qərarları › İş №3(067)-1021/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1021/2021

11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1021/2021 11.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1980-cı ildə Xaçmaz rayonunda anadan olmuş, AR vətəndaşı, Xudat şəhəri, 28 May küçəsi ev 12-də yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs oğlu 19.05.2021-ci il tarixdə X2 yaşadığı evin həyətindən yarım tikilidən 1 ədəd 90 manat dəyərində soyuducunu, 03.07.2021-ci il tarixdə X1 evindən 95 manat dəyərində stablizatoru, 1 ədəd direl və mis qazanı, 13.07.2021- ci il tarixdə X3 məxsus evdən 20 manat pulu, 13.07.2021-ci il tarixdə X5 evinin yaxınlığından 30 metr uzunluqda 30 manat dəyərində su şlankını oğurlamaqla yəni özgənin əmlaklarını xırda taladığına görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X7 bildirdi ki, Şəxs oğlu 19.05.2021-ci il tarixdə X2 yaşadığı evin həyətindən yarım tikilidən 1 ədəd 90 manat dəyərində soyuducunu, 03.07.2021-ci il tarixdə X1 evindən 95 manat dəyərində stablizatoru, 1 ədəd direl və mis qazanı, 13.07.2021- ci il tarixdə X3 məxsus evdən 20 manat pulu, 13.07.2021-ci il tarixdə X5 evinin yaxınlığından 30 maetr uzunluqda 30 manat dəyərində su şlankını oğurlamaqla yəni özgənin əmlaklarını xırda taladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs oğlu özünü inzibati xətaları törətməkdə təqsirli bilərək, əməllərindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs oğlu xırda talama əməlləri törətmişdir. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 30 (otuz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 09 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2021-ci il tarixədək inzibati qaydada tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 30 (otuz) gün həbs inzibati tənbehdən çıxılmaqla üzərində 28 (iyirmi səkkiz) gün həbs inzibati tənbeh saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbs olunsun. Həbs etmənin əvvəli 11 oktyabr 2021-ci il tarixdən saat 16:55-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar