Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1023/2022 09.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 15 iyun1980-cı ildə Siyəzən şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏNETDİ: Pirus markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə saat 05 radələrində Xudat şəhəri Şollar kəndində yaşayış evlərinin qarşısında digər bir nəfərlə həmin avtomobildə əyləşib söhbət edərkən xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının onlara yaxınlaşdığını görüb avtomobildən enərək polis əməkdaşları ilə mübahisə etmiş və heç bir səbəb bildirmədən küçədə içtimai yerdə ucadan ünvansız yerə nəlayiq ifadələr işlətmiş, polis əməkdaşları onun narkotik vasitə təsiri altnda olduğunu hiss edib onu nizam-ntizama dəvət etsər də polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunazidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı X4 göstərir ki, Pirus markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə saat 05 radələrində Xudat şəhəri Şollar kəndində yaşayış evlərinin qarşısında digər bir nəfərlə həmin avtomobildə əyləşib söhbət edərkən xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının onlara yaxınlaşdığını görüb avtomobildən enərək polis əməkdaşları ilə mübahisə etmiş və heç bir səbəb bildirmədən küçədə içtimai yerdə ucadan ünvansız yerə nəlayiq ifadələr işlətmiş, polis əməkdaşları onun narkotik vasitə təsiri altnda olduğunu hiss edib onu nizam-ntizama dəvət etsər də polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunazidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, Polis əməkdaşları tərəfindən X5 gətirilmişdir. Qeyd olunanlara əsasən Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı X4 məhkəmədən Şəxs barəsində qanunda nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq ediməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərir ki, O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə saat 05 radələrində Xudat şəhəri Şollar kəndində yaşayış evlərinin qarşısında dostu ilə özünə məxsus avtomobildə əyləşib söhbət edərkən xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının onlara yaxınlaşdığını görüb avtomobildən enərək polis əməkdaşları ilə mübahisə etmiş və heç bir səbəb bildirmədən küçədə içtimai yerdə ucadan ünvansız yerə nəlayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır, nevroz xəstəsi olmasını, himayəsində 12 yaşlı bir qız uşağının olmasını nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən inzibati xəta törətmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş polis əməkdaşının izahatlarını, dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət yaradır. Həmin Məcəllənin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. İş materiallarından da göründüyü kimi, Şəxs ictimai yerdə nalayıq ifadələr işlətdiyinə görə, xırda xuliqanlıq əməlini törətmişdir. İnzibati xəta haqqında işə baxılarkən X1 Azərbaycan Respunbliaksınln İnbzibati Xıətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli-yəni, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər törətməsi öz təsdiqini tapmamışdır. Əksinə olaraq Şəxs ictimai yerdə nalayiq söyüşlər söyməklə ictimai qaydanın pozulmasına səbəb olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İnziabti Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsif olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş tənbehlərdən həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 iyun 2022-ci tarixdə saat 05:40 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 09 iyun 2022-ci il tarixdən saat 17:30 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs 07 iyun 2022-ci tarixdə saat 05:40-dan 08 iyun 2022-ci il tarixdən saat 19:30dək həbsdə saxlandığı iki gün, ona təyin edilmiş 03 gün həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 01(bir) gün həbs növündə inzibati tənbeh saxlanılsın. Həbsdə saxlama müddətinin əvvəli 09 iyun 2022-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1023/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1023/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver