Məhkəmə qərarları › İş №3(067)-1023/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1023/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1023/2025 17.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X6 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi 13 iyun 2025-ci il tarixli, EQ seriyalı 28547565 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X6 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi 13 iyun 2025-ci il tarixli, EQ seriyalı 28547565 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək, özünə məxsus “MERCEDES BENZ SPRİNTER YÜK” markalı ** QS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Məhəmməd Naxçıvani küçəsində hərəkətdə olarkən yolun sol tərəfinə doğru dönmə əməliyyatını həyata keçirdiyi zaman nəqliyyat vasitəsində anidən baş vermiş nasazlıq nəticəsində maşının yolun ortasında dayandığını, bu səbəbdən həmin vaxt nəqliyyat vasitəsində olan uşağın maşının qapı və pəncərələrini açıq şəkildə qoyaraq yaxınlığda yerləşən təmir sexinə gedərək usta ilə geri qayıtdığını və nəqliyyat vasitəsində olan nasazlığı aradan qaldıraraq yenidən yoluna davam etdirdiyini və cərimə olunması ilə bağlı sonradan ona məlum olduğunu və cərimə ilə bağlı şəhər X8 İdarəsinə gedərək cərimə ilə bağlı etiraz etdiyi zaman orda ona belə olan halda hərəkətdə olan digər nəqliyyat vasitələrinə məlumat üçün maşının arxa tərəfindən 15 metr məsafədə nişan qoymalı olduğunu bildirmişlər. O, bu vaxt nəqliyyat vasitəsində yol nişanı olmasına baxmayaraq qəza işıqlarını yandırdığını bildirmişdir. Hətta cərimə ilə razılaşmadığı təqdirdə barəsində olan qərardan məhkəməyə müraciə etməsi tövsiyə edilmişdir və bu səbəbdən də o, həmin qərardan məhkəməyə şikayət vermişdir. Ərizəsinin təmin olunmasını və 13 iyun 2025-ci il tarixli, EQ seriyalı 28547565 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və tərəfin izahatlarını araşdıraraq, hesab edir ki, şikayət əsassız olduğundan, qərar dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 iyun 2025-ci il tarixli, EQ seriyalı 28547565 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13 iyun 2025-ci il tarixdə X6 idarə etdiyi “MERCEDES BENZ SPRİNTER YÜK” markalı ** QS *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozmuşdur. 13 iyun 2025-ci il tarixli, EQ seriyalı 28547565 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13 iyun 2025-ci il tarixdə X6 idarə etdiyi “MERCEDES BENZ SPRİNTER YÜK” markalı ** QS *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən qüvvədə olan qanunun tələblərini pozmuşdur. Buna əsasən X6 İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə olaraq X6 məhkəmə iclasında nəqliyyat vasitəsində anidən baş vermiş nasazlıq nəticəsində qəza baş verməsi ilə əlaqədar qəza işıqlarının yandırdığı üçün nəqliyyat vasitəsində olan yol nişanının qoyulmasına ehtiyac duymadığı üçün ondan istifadə etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-ü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat məbləğində cərimə edilir Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. X3 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 13 iyun 2025-ci il tarixli, EQ seriyalı 28547565 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 13 iyun 2025-ci il tarixli, EQ seriyalı 28547565 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar