Məhkəmə qərarları › İş №3(067)-1024/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1024/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1024/2022 09.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, İnzibati xəta haqqında iş üzrə tələbkar X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1979-cu ildə Quba rayonu Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 09 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-339/2022 saylı icra sənədini qərəzli olaraq icra etmir və onun 2850(iki min səkkiz yüz əlli) manat ödənilməmiş pul borcu vardır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-339/2022 saylı qətnaməsinə əsasən ondan 3150 (üç min yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 verilməsi qət olunmuşdur. Borcundan yalnız 100( yüz) manat ödəniş etmişdir. O, tələbkara borcundan ödəniş edə bilməməsinin səbəbini heç bir yerdə işləmədiyindən maddi vəziyyətinin ağır olması ilə əlaqələndirir və bildirir ki, bağlarda gilas yığımı ilə məşğul olur. Ona görə də hazırda 200(iki yüz) manat məbləğində pul ödəyə biləcəyini, iyul ayının ikisində 300(üç yüz) manat məbləğində pul ödəyəcəyini və həmin ayın sonuna kimi qalan pul borcunu tam ödəyib qurtaracağını göstərir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 339/2022 saylı qətnaməsinə əsasən borclu Şəxs 3150 (üç min yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 verilməsi qət olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(067)-339/2022 saylı qətnaməsi icraya yönəldilmişdir. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, o, 3150 (üç min yüz əlli) manat pul borcundan yalnız 300( üç yüz) manat məbləğində ödəniş etmişdir. Hal-hazırda onun 2850(iki min səkkiz yüz əlli) manat ödənilməmiş borcu vardır. Yaranmış borcu ilə əlaqədar o, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək profilaktik söhbətlər aparılaraq borcunu ödəmədiyəcəyi təqdirdə barəsində görüləcək tədbirlərlə bağlı ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh hal-hazırki günədək yaranmış borcu ilə bağlı yalnız 300( üç yüz) manat məbləğində ödəniş etmişdir, hal hazırda isə 200 manat ödəniş etmək istəyir. Borcu tam ödəməməsi maddi imkanı ilə bağlıdır. Məhkəmə iclasında İnzibati xəta haqqında iş üzrə tələbkar X4 2850(iki min səkkiz yüz əlli) manat ödənilməmiş pul borcunun borclu Şəxs alınıb ona verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-339/2022 saylı qətnaməsinə əsasən borclu Şəxs 3150 (üç min yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 verilməsi qət olunmuşdur. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-339/2022 saylı icra sənədini qərəzli olaraq icra etmir və onun 2850(iki min səkkiz yüz əlli) manat ödənilməmiş pul borcu vardır. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan müəyyən hissəsini ödəməsini və qalan hissəni isə maddi imkanı olmaması ilə bağlı ödəyə bilməməsi müəyyən edilmişdir. Habelə, tələbkara olan pul borcunu iyul ayının axırına kimi tam ödəyəcəyinə söz vermişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar