Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1025/2022 12.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi bildirmişdir ki, barəsində olan inzibati xətaya dair qərardan şikayət vermiş şəxs, Rusiya Federasiyasının vətəndaşı Elçin Səlimov ona Azərbaycan Respublikasında yaşama hüququ verən vəsiqəni Dövlət Miqrasiya Xidmətindən vaxtında almadığından cərimə olunmuş, bir ay vaxt keçdiyindən vəsiqə ləğv edilmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən şikayət vermiş şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Bildiriş”indən (№8264198) görünür ki, şikayət vermiş şəxs Elçin Səlimova onun müraciətinin xx.xx.2022-ci il tarixdə hazır olacağı və müvafiq yaşama icazəsi verildiyi təqdirdə bunun üçün tələb olunan dövlət rüsumunu ödəməklə icazə vəsiqəsinə sahib olmasının zəruriliyi, həmin tarixdən sonrakı müddətdə Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud etibarsız sənədlərlə ölkə ərazisində olmasına və ya yaşamasına görə Azərbaycan Respublikası İXM-nin 575.1.1 və ya 575.1.2-ci maddələri üzrə inzibati məsuliyyətə cəlb ediləcəyi, müraciəti ilə əlaqədar xx.xx.2022-ci il tarixədək dövlət rüsumu ödənilmədikdə müvafiq yaşamaq icazəsinin ləğv ediləcəyi, ona müvafiq yaşama icazəsinin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə və ya verilmiş (müddəti uzadılmış) yaşama icazəsi ləğv edildikdə, bu barədə qərar hüquqi qüvvəyə mindiyi vaxtdan etibarən 10 gün ərzində ölkə ərazisini tərk etməli olması, əks halda, Azərbaycan Respublikası İXM-nin 575.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xx.xx.2022-ci il tarixdə məlumatlandırılmış və həmin bildiriş şikayət vermiş şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər. Azərbaycan Respublikası İXM-nin 575.1.2-ci maddəsinə görə, etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan inzibati tənbeh verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərardan müəyyən olunur ki, şikayət vermiş şəxs Elçin Səlimov Azərbaycan Respublikasının İXM-nin 575.1.2-ci maddəsi ilə 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 575.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1025/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1025/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver