Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1025/2023 14.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, X7 Mamat oğlunun katibliyi, Qərardan şikayət verən X3 vəkili və nümayəndəsi Nümayəndə1 Qərarından şikayət verilən Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə X3 Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ X2 rayon məhkəməsinə müraciət edərək, Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, barəsində Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərara əsasən o 3000 manat cərimə olunmuşdur. Göstərilən qərarın mövcudluğu barədə məlumatı olmamışdır. Qərarın surətini xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən almışdır. Qərarız qanunsuz və əsassız olduğunu hesab edir. Belə ki, AR İXM-nin 116.1-ci maddəsinə əsasən ona ilkin olaraq inzibati cərimə şərti olaraq tətbiq edilməli idi. Məhkəmə iclasında izahat verən X3 vəkili və nümayəndəsi Nümayəndə1 şikayətinə uyğun izahat verərək qərarın ləğv edilməsini xahiş etmiş, əlavə olaraq onu da bildirmişdir ki, Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları inzibati normalarının tətbiqində səhvə yol vermişlər. Bu səbəbdən də, qərarın ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilən Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X4 barəsində inzibati cərimə şərti olaraq tətbiq edilməmişdir. Qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 avqsut 2022-ci il tarixli 21 nömrəli icrası məcburi olan “məcburi göstəişin” tələblərini yerinə yetirmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə 3000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 116.1-ci maddəsi: eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Göründüyü kimi, X1 orqanın “məcburi göstərişinin” icra edilməməsi ilə bağlı İXM-nin 541-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati cərimə ilk öncə şərti olaraq tətbiq olunmalı olsa da, buna əməl olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri və İXM-nin 116, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ X3 şikayəti təmin edilsin. Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən araşdırlması üçün Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apleyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1025/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1025/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver