Məhkəmə qərarları › İş №3(067)-1027/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1027/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1027/2020 02.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül vasif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsin icra məmuru X3, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)-2803/2018 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü Ağamiyev Ömər Çingiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1800 manat aliment borcu vardır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)-2803/2018 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü Ağamiyev Ömər Çingiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət olunmuşdur. Hal-hazırda onun ödənilməmiş 1800 manat aliment borcu vardır. O, icra məmurunun cağırışlarından yayınmamış və hissə-hissə aliment borcunu ödəmişdir. O, iyun ayından hal-hazırki vaxtadək aliment borcunu ödəmişdir və hazırda da ödəməkdə davam edir. İnzibati xəta protokolunu tərtib etmiş Xaçmaz Rayon İcra Şöbəsinin icra məmuru X5 göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)- 2803/2018 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü Ağamiyev Ömər Çingiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət olunmuşdur.Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1800 manat aliment borcu vardır. Şəxs 2020-ci ilin iyun ayından hal-hazırki vaxtadək aliment borcunu ödəmişdir və ödəməkdə davam edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)-2803/2018 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü Ağamiyev Ömər Çingiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1800 manat aliment borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs son ödənişi xx xxxxxx 2020-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini yerinə yetirdiyini, çağırışlara vaxtlı-vaxtında gəldiyini, onun borcu vaxtında və lazımınca ödəməməsinin isə qərəzliliklə əlaqədar olmadığını, onun maddi vəziyyəti ilə əlaqədar olduğunu bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar