Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1028/2022 10.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 27 avqust 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 07 may 2022-ci il tarixdə saat 09 radələrində Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən X2 məxsus torpaq sahəsində olan saxlanc yerindən ümumi dəyəri 100 manat olan dəmir boruları gizli yolla talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X9 göstərdi ki, Şəxs 07 may 2022-ci il tarixdə saat 09 radələrində Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən X2 məxsus torpaq sahəsində olan saxlanc yerindən ümumi dəyəri 100 manat olan dəmir boruları gizli yolla talamışdır. Onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutlan inzibati xətanı törətməsi aparılmış araşdırma zamanı öz təsdiqini tapdığından barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirdi ki, o, X2 məxsus hər hansı əmlakı oğurlamamışdır. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X3 göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Özünə məxsus yaşayış evinin yaxınlığında olan torpaq sahəsində saxlanc yeri vardır. Həmin yerdə 45 metr uzunluğunda dəmir borular saxlayır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən qonşusu onun mobil telefonuna zəng edərək ona məxsus saxlanc yerindən oğurluq hadisəsinin baş verdiyini demişdir. O, dərhal evdən çıxaraq həmin yerə gedərkən sonradan şəxsiyyəti ona məlum olan Şəxs iki nəfər tanımadığı azyaşlı şəxslərlə ona məxsus boruları apardıqlarını görmüşdür. O, Şəxs yaxınlaşaraq apardığı boruların ona məxsus olduğunu bildirdikdə Nəsrulla və iki nəfər şəxs qaçmağa başlamış, lakin o, oğlu ilə birlikdə qaçıb uzaqlaşmaq istəyən Şəxs tutaraq Xaçmaz rayon Polis Şöbəsinə təhvil vermişdir. Şəxs barəsində şikayətçidir və onun barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. İş materiallarında olan Xaçmaz rayon X8 Bölməsinin təhqiqatçısı X4 17 may 2022ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 07 may 2022-ci il tarixdə saat 09 radələrində Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən X2 məxsus torpaq sahəsində olan saxlanc yerindən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təmamilə sübuta yetir. İnzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək X2 məxsus hər hansı əmlakı oğurlamaması və izahatında irəli sürdüyü bu kimi dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətinin yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 10 iyun 2022-ci il tarixl inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 iyun 2022-ci il tarixdə saat 09:25 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 10 iyun 2022-ci il tarixdən saat 09:25-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 23 (iyirmi üç) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 10 iyun 2022-ci il tarixdən saat 09:25-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quiyev.
Məhkəmə qərarları › İş №3(067)-1028/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1028/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver