Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1029/2020 02.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 333.1ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib müəyyən etdim: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 00:04 radələrində idarə etdiyi «VAZ 210930» markalı ** CT *** nömrəli avtomobillə Gəndob-Yalama yolunun 38-ci km-də hərəkətdə olarkən manevr qaydalarını pozduğundan həmin ərazi üzrə xidməti vəzifələrini icra edən Yol-Patrul Xidməti Alayının İİ tağımının yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bundan başqa Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 02:52 radərlərində idarə etdiyi «VAZ 210930» markalı ** CT *** nömrəli avtomobili ilə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən manevr qaydalarını pozduğundan həmin ərazi üzrə xidməti vəzifəsini icra edən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, Şəxs tərəfindən müxtəlif vaxtlarda bir neçə inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 34.2-ci maddəsinin tələbinə müvafiq olaraq eyni vaxtda törədilmiş bir neçə inzibati xəta üzrə daxil olmuş inzibati xəta haqqında protokolların bir icraatda birləşdirilərək eyni vaxtda baxılması barədə qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətala Məcəlləsinin r34-cü maddəsini rəhbər tutaraq Qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətala Məcəlləsinin 333.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-1029/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1029/2020
02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver