Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-103/2025 13.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd qızının sədrliyi, X6 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Xaçmaz rayonunun Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Borclu Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-405/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 3880 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini Xaçmaz rayon İcra və Probasiya şöbəsində yerinə yetirmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-405/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iki uşağın saxlanması üçün 27 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat məbləğində aliment tutularaq X3 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borclu Şəxs bu günədək tələbkar X3 xeyrinə 520 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda 3880 manat məbləğində aliment borcu vardır. Əlavə olaraq bildirmişdir ki, borclu barəsində axtarış elan olunmuş və Xaçmaz RPŞ-nin tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə bugün səhər saatlarında təhvil verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adında hər-hansı əmlakı yoxdur. Qanunvericilkdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, həmin maddə ilə özünü təqsirli bilir və etdiyi əməldən peşmandır. O, iş yerinin olmadığını arada hansısa iş olarasa işlədiyini bildirmişdir. Şəkərli diabet xəstəsidir və həmin xəstəliyinə görə ayağında sümük ağrıları baş verir, əlilliyi yoxdur. Həmçinin barəsində 500 manat inzibati tənbeh növündə cərimə təyin olunduqdan sonra 80, 50, 30, 25 manat və dörd dəfə 10 manat olmaqla ödənişlər etmişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, polis tərəfindən 12 yanvar 2025-ci il tarixdə, saat 10 radələrində saxlanılmışdır. Həmçinin adında göstərilən torpaq sahəsini çoxdan sataraq əldə etdiyi pul ilə evini tikmişdir. Lakin adında başqa hər hansı əmlakı yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 2024-cü il tarixdə Xaçmaz rayon məhkəməsinin qətnaməsi əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs boşanmışlar və hər uşağın saxlanması üçün 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində alimentin tələbkara ödənilməsi qət edilmişdir. Uşaqlarından biri 2006-cı il, digəri isə 2007-ci il təvəllüddürlər. 2006-cı il təvəllüdlü uşağının aliment üçün nəzərdə tutulmuş yaş həddini ötmüş, lakin hal-hazırda tələbədir. Digər uşağının isə iyul ayında aliment üçün nəzərdə tutulmuş yaş həddi yekunlaşmaq üzrədir. Həmçinin uşaqlarından biri ali təhsil aldığı üçün məktəbin illik ödənişini ödəməkdə çətinlik çəkir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs boşandıqdan sonra uşaqları onun yanında qalırlar. Belə ki, o, borc pul alaraq məktəbin illik ödənişinin yarısını ödəyə bilmişdir. O, təqaüdçüdür, uşaqların saxlanması üçün maddi imkanının zəif olduğunu bildirmişdir. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 13 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-405/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən nikahın pozulmasından sonra xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X4 anası X2 yanında (himayəsində) qalsınlar. xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 200 manat sabit məbləğdə aliment alınaraq X3 verilsin. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 tərəfindən 2(067)-405/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildiriş və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatlarından görünür ki, icra sənədi üzrə bu günədək 520 manat məbləğində pul ödəniş etmiş və tam şəkildə ödəməməyinin səbəbi maddi imkanının yaxşı olmamağıdır. Adında hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. - xx.xx.2025-ci il tarixli Xaçmaz RPŞ-nin məktubun təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz RPŞ tərəfindən 780003 nömrəli axtarış işi üzrə xx.xx.2025-ci il tarixdən axtarış elan olunmuş. Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan Şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün aidiyyəti Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında yalnız ********** qeydiyyat nömrəli (Reyestr nömrəsi: **********39) əmlak müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddənin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəyə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, yaşını, borcun məbləğini, məhkəmə qərarlarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarların çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, həmçinin qeyd olunan icra vərəqəsi üzrə artıq bir dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: xx xxxxxx 1980-ci ildə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 13 yanvar 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-103/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-103/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver