Məhkəmə qərarları › İş №3(067)-1030/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1030/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1030/2020 02.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1983-cü ildə Xaçmaz rayonunun Tağar-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Tağar-oba kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məclləsinin 208-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 2020-ci ilin yay aylarında yaşadığı Xaçmaz rayonunun Tağar-oba kəndindəki evinin həyətyanı torpaq sahəsində əkilib becərilməsi qadağan edilmiş narkotik vasitə sayılan bir ədəd çətənə bitkisini qanunsuz olaraq əkib becərməklə kultivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə həmin narkotik vasitə Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən sonuncunun yaşadığı evin həyətayanı torpaq sahəsinə baxış keçirilərkən bir ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Yalama Polis Bölməsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 2020-ci ilin yay aylarında yaşadığı Xaçmaz rayonunun Tağar-oba kəndindəki evinin həyətyanı torpaq sahəsində əkilib becərilməsi qadağan edilmiş narkotik vasitə sayılan bir ədəd çətənə bitkisini qanunsuz olaraq əkib becərməklə kultivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə həmin narkotik vasitə Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən sonuncunun yaşadığı evin həyətayanı torpaq sahəsinə baxış keçirilərkən bir ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstədi ki, həqiqətən 2020-ci ilin yay aylarında öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində 1 ədəd çətənə toxumu əkib ona aqrotexniki qaydada qulluq göstərmiş, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən həyətyanı torpaq sahəsinə baxış keçirilərkən əkib becərdiyi bir ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Törətdiyi xətaya görə səmimi peşmançılıq hissi keçirir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında Qusar rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı Samik Həsənovun xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs 2020-ci ilin avqust ayında törətdiyi əməl üzrə xx xxxxxx 2020-ci il tarixdə onun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin tərkibi olduğundan qərarın surəti onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü Xaçmaz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndəriliməsi qərara alınmışdır. İnzibati xəta haqqında işə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılıb tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən qeyd olunan inzibati xəta əməli 2020-ci ilin yay aylarında törətdilməsinə və xx xxxxxx 2020-ci il tarixdə onun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilərək əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin tərkibi olduğundan qərarın surəti onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü Xaçmaz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndəriliməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edirərək materiallar müvafiq tədbir görülməsindən ötrü məhkəməyə göndərilməmiş, yaxud inzibati xəta haqqında icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmuş olsaydı belə icraat zamanı hər hansı qərar qəbul edilməmiş və qanuna müvafiq qaydada hər hansı prosessual hərəkət edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bütün yuxarıda göstərilərlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilsin və həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan, Qusar rayon Polis Şöbəsinini maddi sübutların saxlama otağında saxlanılan bir ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar