Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1031/2021 01.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Şikayət verən şəxs X3, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi Mursalov Mahir Şahnəzər oğlunun iştirakı ilə, X3 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 mart 2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X6 məhkəməyə müraciət edərək, 5 saylı Ərazi Ekologiya və X5 inzibati tənbeh vermə haqqında 16 mart 2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X5 inzibati tənbeh vermə haqqında 16 mart 2021- ci il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. 5 saylı Ərazi Ekologiya və X5 inzibati tənbehin tətbiq edilməsi haqqında 16 mart 2021-ci il tarixli MN Nə ******* saylı qərarında inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi göstərilir: “02.03.2021-ci il tarixdə ünvan 1 ünvanında meşəqırma bileti (orderi) olmadan qanunsuz olaraq ağac kəsməklə məşğul olmuşdur''. Qərarla qətiyyən razı deyil. Protokolda və qərarda göstərilən tarixdə və vaxtda o, Xaçmaz şəhəri Nəriman Nərimanov 80 ünvanında ağac kəsilən yerdə olmamışdır. Həmin ərazidə ağacın kəsilib-kəsilməməsi, kəsilibsə kim tərəfindən kəsilməsi barədə onun heç bir məlumatı yoxdur. Protolcoldakı imzanı onu, aldadaraq etdirmişlər ki, bu belə bir qaydadır, sənə bunun heç bir ziyanı olmayacaqdır. Savadsız olduğundan o, onlara inanaraq protokola imza etmişdir. 05 oktyabr 2021-ci il tarixdə o, Xaçmaz rayon İcra və Propasiya şöbəsinə çağıldıqdan sonra 02.03.2021-ci il tarixdə barəmdə İnzibati tənbeh vermə haqqında tərtib edilmiş qərardan məlumatı olmuşdur. Bu səbəbdən də, 5 saylı Ərazi Fkalogiya və X5 inzibati tənbeh vermə haqqında 16 mart 2021-ci il tarixli qərarı qanuni və əsaslı deyildir, ona görə də həmin qərar ləğv edilməlidir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında X6 izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi Mursalov Mahir Şahnəzər oğlu izahatında bildirmişdir ki, regional idarənin nümayəndəsi tərəfindən əraziya baxış keçirilən zaman orada bir şəxsin heç bir icazəsi olmadan qeyri qanuni ağac kəsdiyini müşahidə etmişdir. Şəxsin cərimə olunması ilə bağlı bildiriş göndərilmişdir. Bildirişi alması ilə bağlı poçt xəbərnaməsi də var. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarından göründüyü kimi şikayətçi İnzibati xəta haqqında 16 mart 2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə heç bir sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qərarın əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1031/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1031/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver