Məhkəmə qərarları › İş №3(067)-1032/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1032/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1032/2022 13.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Xaçmaz rayonunun Şərif-Oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Xəzər Dəniz QSC-də işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Şərif-Oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi üzrə toplanmış sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 19 mart 2022-ci il tarixdə təxminən saat 01:00 radələrində Xaçmaz rayonunun Şərif-Oba kəndində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında izahat verən Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 göstərir ki, Şəxs 19 mart 2022-ci il tarixdə təxminən saat 01:00 radələrində Xaçmaz rayonunun Şərif-Oba kəndində Zərərçəkmiş şəxs döymüş, toplanmış materialda cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 19 mart 2022-ci il tarixdə təxminən saat 01:00 radələrində Xaçmaz rayonunun Şərif-Oba kəndində onu döymüşdür. Hazırda onlar barışmışlar. Onun Şəxs heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, 19 mart 2022-ci il tarixdə təxminən saat 01:00 radələrində Xaçmaz rayonunun Şərif-Oba kəndində Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu döymüşdür. O, Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta üzrə işə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: xx xxxxxxxx 1985-ci ildə Xaçmaz rayonunun Şərif-Oba kəndində anadan olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə başlanmış icraata həmin Məcəllənin 53.0.9 cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar