Məhkəmə qərarları › İş №3(067)-1033/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1033/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1033/2020 18.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1973-cü ildə Xaçmaz rayonunun Hacılar kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Hacılar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx xxxxxxx 2018-ci il, xx xxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixlərdə «VAZ 2107» markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1, 339.1-1 və 469.3-cü maddələri ilə məsuliyyət nəzərdə tutulan xx xxxxxxx 2018-ci il tarixli, MMX 8160359, xx xxxxx 2019-cu il tarixli, EQ 1017696, xx xxxxx 2019-cu il tarixli, EQ 1017697, xx xxxxxx 2019-cu il tarixli, EQ 1852945, xx xxxxxx 2019cu il tarixli, EQ 1852951, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2160971, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2165375, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən protokol üzrə 10, 50, 50, 50, 50, 10, 50 və 50 manat məbləğlərində cərimə olunması barədə qərarlar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarlarla tanış olaraq qərarların, protokolların surətlərini və cərimə bildirişlərini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarların qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarları icra etməmişdir. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis kapitanı X1 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2160971, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimə və dəbbə pullar daxil olmaqla ümumilkdə 176 manat məbləğində pulu hazırda tam şəkildə ödəmişdir. Digər protokollar üzrə cərimə olunması barədə heç bir məlumatı olmamış, üstündən bir ildən artıq müddət keçməsinə baxmayaraq bu haqda ona hər hansı bir xəbərdarlıq daxil olmamışdır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışlardan görünür ki, Şəxs xx xxxxxxx 2018-ci il tarixli, MMX 8160359, xx xxxxx 2019cu il tarixli, EQ 1017696, xx xxxxx 2019-cu il tarixli, EQ 1017697, xx xxxxxx 2019-cu il tarixli, EQ 1852945, xx xxxxxx 2019-cu il tarixli, EQ 1852951, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2160971, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2165375, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1, 339.1-1 və 469.3-cü maddələri ilə təqsirli bilinərək 10, 50, 50, 50, 50, 10, 50 və 50 manat məbləğlərində cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxxx 2018-ci il, xx xxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il tarixlərdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə törətdiyi inzibati xəta əməlləri ilə bağlı barəsində xx xxxxxxx 2018-ci il tarixli, MMX 8160359, xx xxxxx 2019-cu il tarixli, EQ 1017696, xx xxxxx 2019-cu il tarixli, EQ 1017697, xx xxxxxx 2019-cu il tarixli, EQ 1852945, xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı protokollar tərtib edilməklə müvaqfiq qərarlara əsasən müxtəlif məbləğlərdə cərimə olunmasına, lakin barəsində qəbul edilmiş qərarların qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarları icra etməməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə həmin faktlar üzrə onun barəsində inzibati xəta haqqında protokollar tərtib edirərək materiallar müvafiq tədbir görülməsindən ötrü məhkəməyə göndərilməmiş, yaxud inzibati xəta haqqında icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmuş olsaydı belə icraat zamanı hər hansı qərar qəbul edilməmiş və qanuna müvafiq qaydada hər hansı prosessual hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 53-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs xx xxxxxxx 2018-ci il, xx xxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il tarixlərdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmasına görə törətdiyi inzibati xəta əməllərinə görə (xx xxxxxxx 2018-ci il tarixli, MMX 8160359, xx xxxxx 2019-cu il tarixli, EQ 1017696, xx xxxxx 2019-cu il tarixli, EQ 1017697, xx xxxxxx 2019-cu il tarixli, EQ 1852945, xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı protokollar üzrə) müddət keçdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə əlaqədar o, həmin epizodlar üzrə inzibati məsuliyyətdən azad edilməli və həmin hissələrdə barədində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs digər epizodlar üzrə törətdiyi xətalara görə hesab edir ki, iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, ********* saylı, xx xxxxxx 2020-ci il tarixli, ********* saylı və xx xxxxxx 2020-ci il tarixli, ********* saylı qəbzlərdən görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixli, EQ 2160971, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimə və dəbbə pulları daxil olmaqla ümumilikdə 176 manat pulu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsini duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixli, EQ 2160971, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cərimələri ödədiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs xx xxxxxxx 2018-ci il, xx xxxxx 2019-cu il, xx xxxxxx 2019-cu tarixlərdə idarə etdiyi avtomobillə törətdiyi inzibati xəta əməllərinə görə (xx xxxxxxx 2018-ci il tarixli, MMX 8160359, xx xxxxx 2019-cu il tarixli, EQ 1017696, xx xxxxx 2019-cu il tarixli, EQ 1017697, xx xxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı protokollar üzrə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilsin və həmin hissədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 114.2.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar