Məhkəmə qərarları › İş №3(067)-1035/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1035/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1035/2022 13.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi üzrə tərtib olunmuş inzibаti xətaya dair mаteriаlın baxılmağa hazırlanmasınа məhkəmə iclаsındаn kənаr prоsessuаl qаydаdа bаxаrаq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs оğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа - İXM) 333.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair material daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xətaya dair material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıda qeyd olunan normaların tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10-cu maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəməyə təqdim olunan materiallardan müəyyən olunur ki, Şəxs əvvəllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsini təsdiq edən sənədlər (qərar və sair) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xətaya dair material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-111, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi üzrə tərtib olunmuş inzibаti xətaya dair protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz Rayon Polis Şöbəsinə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar