Məhkəmə qərarları › İş №3(067)-1037/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1037/2023

17.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1037/2023 17.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X2 tərəfindən Qusar rayon Polis Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* qərarından verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına X2 tərəfindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı qərarından verdiyi şikayət daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X2 tərəfindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* qərarından verdiyi şikayət üzrə toplanmış material natamamdır. Belə ki, mübahisələndirilən qərar şikayət ərizəsinə əlavə edilməmişdir. Belə olan halda hesab edirəm ki, X1 İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar