Məhkəmə qərarları › İş №3(067)-1038/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1038/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1038/2020 18.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Xaçmaz RPŞ-nin qərarından şikayət verən şəxs X3 iştirakları ilə xx xxx 1974-cü ildə Xaçmaz rayonunun Alekseyevka kəndində anadan olan, AR vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan X3 Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 200 manat məbləğində cərimə olunmasına dair xx xxxx 2020-ci il tarixdə MN ******* saylı qərar qəbul edilmişdir. X5 qərardan şikayət verərək, Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 məhkəmə iclasında şikayəti onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində dairənin yanında idarə etdiyi avtomaşınla Bakı şəhərinə getmək istəyən sərnişinləri gözləyən zaman Xaçmaz rayon Polis Şöbəsinin əməkldaşları ona yaxınlaşaraq karantin qaydalarını pozduğunu əsas gətirib, Azərbaycan Respublikası İXM 211.1-ci maddəsi ilə inzibati cəza haqqında MN ******* saylı protokol tərtib etmişlər. O, sənəd təqdim edib rəsmi icazəsinin olmasını bildirsə də, buna əhəmiyyət verməmişlər. O, həmin gündən bu günə qədər nə qədər çalışsa da protokolla əlaqədar qəbul olunmuş qərarı almaq və həmin qərardan şikayət etmək istədiyini bildirsə də bu günə kimi qərarı ala bilməmişdir. Göstərilənlərə əsasən, Xaçmaz RPŞ-nin sahə rəisi X1 xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi X1 xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə barəsində inzibati icraat aparılan şəxs X3 şikayəti əsassız olduğundan təmin oluna bilməz. Belə ki, barəsində inzibati icraat aparılan şəxs X5 şikayətində xx xxxx 2020-ci il tarixdə özünə məxsus olan avtomaşınla hərəkət etmə icazəsi olduğunu göstərsə də, müvafiq icazəsinin olması barədə elektron portaldan çıxarışı məhkəməyə təqdim etməmiş, həmin vaxt üzərində taksi fəaliyyəti ilə məşğul olmasına icazə verilən şəhadətnamədən başqa, heç bir sənədin olmadığını, özünə məxsus olan avtomobilin hərəkətinə icazə verilməsinin elektron portalda qeydiyyata alınıb-alınmadığını bilmədiyini göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir, Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixdə MN ******* saylı tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X3 Xaçmaz RPŞ-nin sahə rəisi X1 xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar