Məhkəmə qərarları › İş №3(067)-104/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-104/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-104/2024 23.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X3 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 yazılı şikayətlə məhkəməyə müraciət edərək inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli qərar və EQ 17141833 saylı protokolun ləğv edilməsini, prosessual müddətin bərpasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərar 17.12. 2023cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 22 yanvar 2024-cü il tarixdə daxil olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş sənədlərlə xx.xx.2023-cü il tarixli qərarın şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, həmin qərardan şikayətvermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş prosessual müddətin bərpasına dair vəsatətdən görünür ki, X3 xx.xx.2023-cü il tarixli, EQ/17141833 saylı protokoldan şikayət versə də, prosessual müddətin bərpasına dair ərizəsində EQ/17141830 saylı protokolla bağlı qəbul edilmiş qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququ izah edilməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi qərarın ona nə vaxt təqdim edilməsinə dair müvafiq sənədi şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 118, 132-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli qərar və EQ 17141833 saylı protokolun ləğv edilməsini, prosessual müddətin bərpasına dair verdiyi şikayət icraata qəbul edilməsin və X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar