Məhkəmə qərarları › İş №3(067)-1040/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1040/2020

10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1040/2020 10.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1999-cu ildə Xaçmaz rayonunun Hülövlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, işləməyən, Xaçmaz rayonunun Hülövlü kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:40 radələrində idarə etdiyi Vaz-2107 markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmətdə olan Xaçmaz rayon polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq sənədləşmə işləri aparılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş, lakin o, polis Şöbəsinə getməkdən imtina etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində idarə etdiyi Vaz-2107 markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri 20 Yanvar küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə ərazidə xidmətdə olan Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq sənədləşmə işləri aparılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən o, Polis Şöbəsinə getməkdən imtina etməklə polisin tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol-Patrul xidmətinin baş inspektoru X2 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22:40 radələrində Xaçmaz şəhəri, Bakı prospektində xidmətdə olduğu zaman həmin yolda hərəkətdə olan Vaz-2107 marakl, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyi avtomobildə sayrışan işıqlardan istifadə etməsi, həmçinin avtomobili idarə edərkən kəskin və təhlükəli manevrlər etməsi səbəbindən o, radiostansiya vasitəsilə həmin ərazidə xidmətdə olan yol patrul xidmətinin naryadına bu barədə məlumat vermişdir. Qeyd olunan avtomobilin sürücüsünə Xaçmaz şəhəri, 20 Yanvar küçəsində ** YP *** nömrəli patrul avtomobilindən “saxla” işarəsi verilsə də sonuncu bu tələbə əməl etməyərək hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin küçədə süni tıxac yaradaraq avtomobil saxlanılmış və sürücüsü sonradan şəxsiyyəti ona məlum olan 1999-cu il təvəllüdlü Şəxs barəsində müvafiq sənədləşmə işləri aparılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən qəsdən onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin inspektoru X4 iş üzrə şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol-Patrul xidmətinin baş inspektoru X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə inzibati xəta törətmiş şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, şahid ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta töratməsini və törətdiyi xətanı etiraf etməsi məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 000239 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:45 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 23:45 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 23:45-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar