Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1041/2024 02.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2, qərarından şikayət verilmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, № MN ******* saylı qərarının ləğv edilməsi barədə X2 şikayətinə baxaraq, müəyyən etdi : Qərardan şikayət verən şəxs X3 şikayət ərizəsi ilə ilk olaraq 06 avqust 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, № MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)- 917/2024 saylı qərarı ilə X2 şikayəti şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi və müddətin bərpası ilə bağlı vəsatət verilməməsi səbəbindən geri qaytarılmışdır. Bundan sonra barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, № MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası və qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə yaşayış (qeydiyyat) ünvanı üzrə Sumqayıt şəhər məhkəməsinin müraciət etmiş, Sumqayıt şəhər məhkəməsinin 3(060)-1931/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, № MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Bundan sonra barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş şəxs şikayət ərizəsi ilə Xaçmaz rayon məhkəməsinin müraciət etmiş, Xaçmaz rayon məhkəməsinin 3(067)-1041/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, № MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət şikayət vermə müddətinin bərpasına dair vəsatəti təmin edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs izahat verərək bildirmişdir ki, "xxxx" QSC-nə məxsus ərazidə icarə müqaviləsi əsasında kafe, market kimi fəaliyyət göstərən obyekt istifadə etmişlər. Həmin obyekt Siyəzən rayonunda, “Beş barmaq” adlanan ərazidə yerləşir. İşin aidiyyətlə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi inzibati işin aidiyyətlə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material aidiyyət məsələsi üzrə münasibət bildirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 112.4-ci maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalı olduğunu, ehtimal olunan inzibati xətanın Siyəzən rayonu ərazisində baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta tənbeh vermə haqqında qərardan verilmiş şikayət aidiyyətlə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, № MN ******* saylı qərarının ləğv edilməsi barədə X2 şikayətinə dair 3(067)-1041/2024 saylı inzibati iş aidiyyətlə fikir ayrılığına münasibət bildirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1041/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1041/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver