Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1042/2024 04.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş DYPİ-nin İİ tağım YPX-nin inspektoru polis serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 27 avqust 1991-ci ildə Xaçmaz rayonu, Müzəffəroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu, Müzəffəroba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs 29 avqust 2024-cü il tarixdə saat 21:10 radələrində Gəndob-Yalama yolunun 27-ci kilometrliyində idarə etdiyi özünə məxsus «OPEL ASTARA MİNİK» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman arxadan gələn nəqliyyat vasitəsinə yol vermək məqsədi ilə avtomobilini sağ tərəfə istiqamətləndirdikdə yolun kənarında dayanmış X1 idarə etdiyi «TEMSAN» markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa hissəsi iə toqquşmuş və nəticədə həmin avtobusun sahibi – "xxxx" MMCyə maddi zərər vurmuşdur. Məhkəmə iclasında DYPİ-nin İİ tağım YPX-nin inspektoru polis serjantı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixində sürücü Şəxs idarə etdiyi «OPEL ASTARA MİNİK» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəndob-Yalama yolunun 27-ci km-də Xudat şəhəri istiqamətində hərəkət edərkən yolun sağ tərəfində dayanmış ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili Uğurlu Yol MMC-yə məxusus avtobusu arxadan vuraraq qəza törətmişdir. Avtobusda 8 nəfər sərnişin olmuşdur. Lakin hadisə nəticəsində xəsarət alan olmamışdır. Hadisə zamanı hər iki avtomobilə də ziyan dəymişdir. Bununlada Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törədilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, əməlindən peşmandır. Bir an fikir dağınıqlığı olduğundan yolun sağında dayanan avtobusa fikir verməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, tərtib olunmuş inzibati xəta haqqında 31 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Avtomotoservis və Ticarət Müəssisəsi 1 Saylı Texniki Xidmət Stansiyası tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 11787 №-li ziyan aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi «TEMSAN» markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtobusa ümumilikdə 1610 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədil məsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-ol mamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-1042/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1042/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver