Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1043/2022 14.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X6 X7 Yol patrul xidmətinin inspektoru polis kiçik serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Xaçmaz Rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə 09:04 radələrində «VAZ 21074» minik markalı **- ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə təkrarən idarə etmişdir. Bununla da Şəxs «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X6 X7 Yol patrul xidmətinin inspektoru polis kiçik serjantı X3 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə 09:04 radələrində özünə məxsus «VAZ 21074» minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə təkrarən idarə etmişdir. Avtomobili idarə edərkən saxlanılaraq barəsində protokol tərtib edilmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə 09:04 radələrində özünə məxsus «VAZ 21074» minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ona spirtli içki təsiri altında olduğu bildirilmişdir. O, YPX əməkdaşlarına hal- hazırda sərxoş olmadığını, spirtli içkini isə xx.xx.2022-ci il tarixdə qəbul etdiyini bildirmişdir. YPX əməkdaşları alkotestrin cihazı vasitəsi ilə onun spirtli içki təsiri altında olub-olmamasını yoxladıqdan sonra ona sərxoş olduğunu bildirdilər. Əslində isə polis əməkdaşları alkotesterə özləri üfürmüşdürlər, buna görə də alkotesterin göstəriciləri ona yox, polis əməkdaşlarına məxsusdur. Buna baxmayaraq o alkotestrin nəticəsinə imza etdi. Sonra YPX əməkdaşları onun abtomobilini avtonəqliyyat vasitəsinin saxlanc yerinə yerləşdirdilər. Daha sonra, o Xaçmaz və Quba rayonlarında həkim müayinəsindən keçmişdir və həkim rəylərində əsasən o, ayıq hesab edilmişdir. Məhkəmə iclasında YPX-nin əməkdaşı tərəfindən təqdim olunan və məhkəmə baxışı zamanı tərəflərin iştirakları ilə tədqiq olunan 01 ədəd CD-yə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-patrul xidmətinin avtonəqliyyatında quraşdırılmış xüsusi cihaz vasitəsilə qeydə alınmış videogörüntüdə «VAZ 21074» minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlandıqdan sonra, avtomobilindən enir və polis əməkdaşı tərəfindən təqdim olunan alkotesterə üfürür. Şəxs videogörüntüdə olan şəxsin onun olmasını təsdiq etmiş, lakin bildirmişdir ki, alkotesterə üfürsə də, orada olan göstəricilər səhvdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən təqdim olunan və məhkəmə iclasında tədqiq olunan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktın surətindən görünür ki, Şəxs xx.xx.2022-ci ildə saat 11:55-da Quba rayonunda həkim müayinəsindən keçmiş və vəziyyəti ayıq kimi göstərilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən təqdim olunan və məhkəmə iclasında tədqiq olunan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktın surətindən görünür ki, Şəxs xx.xx.2022-ci ildə saat 15:00-da Xaçmaz rayonunda həkim müayinəsindən keçmiş və vəziyyəti ayıq kimi göstərilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomaşınla hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətaya yol verdiyinə görə saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və sərxoşluq vəziyyətini müəyyən edən alkotestr sənədindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 09:04 radələrində idarə etdiyi «VAZ 21074» minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə (idarə etməsi və bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın onun tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi müəyyən edilmişdir. İş materiallarında olan alkotesterin qəbzindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:02-də alkotester müayinəsindən keçmiş və onda alkoqolun miqdarı 0,341 promil müəyyən edilmişdir. Qəbzin üzərində olan imzadan görünür ki, Şəxs buna etiraz etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbayjan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolla və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə görə barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. Göründüyü kimi, Şəxs nəqliyyat vasitəsini sərxoş halda həm 10 yanvar 2022-ci il tarixdə idarə etmiş, həm də xx.xx.2022-ci il tarixdə yəni bir il ərizində həmin əməli təkrarən törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə inzibati məsuliyyət nəzərdə tutulub. Həmin Məcəllənin 333.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görənəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Şəxs Quba və Xaçmaz rayonlarında həkim müayinəsindən keçməsi və müvafiq aktları iş materiallarında əlavə etməsinə gəlincə isə məhkəmə hesab edir ki, onun YPX-nin əməkdaşları tərəfindən saxlanması və alkotester vasitəsilə müayinədən keçməsi 09:02-də baş vermişdir. Həkim müayinələri isə 11:55-də və 15:00-da aparılmışdır. Təbii ki, belə olan halda, onun orqanizmində olan alkoqolun miqdarı getdikcə azalmış olur və bir neçə saatdan sonra tam ayıq vəziyyətdə olması normal bir haldır. Xüsusilə də vurğulamaq lazımdır ki, Şəxs özü də etiraf etmişdir ki, alkoqolu xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1983-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1043/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1043/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver