Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1043/2023 12.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X12 Polis Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Xudat şəhəri, Mərkəzi Malikanə ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon X12 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 01 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək olan müddət ərzində X5 məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən yaşayış evinin əşya anbarından 1 ədəd ot biçən qurğunu və 1 ədəd “Markus” markalı su mühərrikini, bundan başqa 23 iyun 2023-cü il tarixdə Xaçmaz rayonunun Şollar kənd sakini X2 məxsus “QAZ 3102” markalı avtomobilin salonundan 110 manat pulunu oğurlamaqla özgə əmlakını xırda talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X12 Polis Bölməsinin polis sahə rəisi X7 göstərdi ki, Şəxs 01 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək olan müddət ərzində X5 məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən yaşayış evinin əşya anbarından 1 ədəd ot biçən qurğunu və 1 ədəd “Markus” markalı su mühərrikini, bundan başqa 23 iyun 2023-cü il tarixdə Xaçmaz rayonunun Şollar kənd sakini X2 məxsus “QAZ 3102” markalı avtomobilin salonundan 110 manat pulunu oğurlamaqla özgə əmlakını xırda talamışdır. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirdi ki, o, həqiqətən maddi imkansızlığı ilə bağlı pula ehtiyacı olduğundan 01 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək olan müddət ərzində X5 məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən yaşayış evinin əşya anbarından 1 ədəd ot biçən qurğunu və 1 ədəd “Markus” markalı su mühərrikini, bundan başqa 23 iyun 2023-cü il tarixdə Xaçmaz rayonunun Şollar kənd sakini X2 məxsus “QAZ 3102” markalı avtomobilin salonundan 110 manat pulunu oğurlamışdır. Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar sonradan Xaçmaz rayon X12 Polis Bölməsinə dəvət edilmişdir. Polis bölməsində aparılan sorğu zamanı o, törətmiş olduğu oğurluq hadisələrini etiraf etmişdir. Zərər çəkmiş şəxslərə vurmuş olduğu zərəri ödəyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Xaçmaz rayon X9 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 25 aprel 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 01 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək olan müddət ərzində X5 məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən yaşayış evinin əşya anbarından 1 ədəd ot biçən qurğunun və 1 ədəd “Markus” markalı su mühərrikinin oğurlanması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X11 təhlükəsizlik bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X9 Bölməsinin təhqiqatçısı, polis leytenantı X4 14 iyul 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 23 iyun 2023-cü il tarixdə Xaçmaz rayonunun Şollar kənd sakini X2 məxsus “QAZ 3102” markalı avtomobilin salonundan 110 manat pulunun oğurlanması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X11 təhlükəsizlik bölməsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. İctimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-1043/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1043/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver