Məhkəmə qərarları › İş №3(067)-1043/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1043/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1043/2024 09.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə1, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil, mütəxəssis – Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “AZƏREKSPERTİZA” Birliyinin eksperti X4 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində “Xudat” gömrük postunda “Mercedes Otego” markalı, 10GY504 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindəki, Rusiya Federasiyası, Moskva şəhəri, Nijnaya Krasnoselskaya küçəsi, ev 35, str 23, pom 8/3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən, Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə idxal olunan “qurudulmuş meyvələr və qara çay” yükünə keçirilmiş gömrük yoxlaması zamanı, **********1825 saylı gömrük bəyannaməsinin 3-cü mal mövqeyində”qurudulmuş meyvələr “ananas”, 167 ədəd kağız kisədə, 2005 kq çəkidə, 12613 manat dəyərində, istehsalçı: “GCF İnternational Со LTD” kimi qeyd olunduğu, lakin, faktiki malın 148 ədəd üzərində “Kong виноград конфеты 500 г" yazısı əks olunmuş, 270 ədəd üzərində “Kong сладкие кубики со вкусом персика 500 r” yazısı əks olunmuş, 240 ədəd üzərində “Kong яблоко конфеты 500 г” yazısı əks olunmuş, 189 ədəd üzərində “Kong вишня конфеты 500 r” yazısı əks olunmuş, 240 ədəd üzərində ‘‘Kong сладкие кубики со вкусом днриана 500 г” yazısı əks olunmuş, 240 ədəd üzərində “Kong сладкие кубики со вкусом кокоса 500 г” yazısı əks olunmuş, 240 ədəd üzərində “Kong сладкие кубики со вкусом гуава 500 г” yazısı əks olunmuş, 300 ədəd üzərində “Kong сладкие кубики со вкусом манго 500 r” yazısı əks olunmus, 77 ədəd üzərində “Kong грушконфеты 500 г” yazısı əks olunmuş, 24 ədəd üzərində 'Kong marakua конфеты 500 r” yazısı əks olunmuş, 23 ədəd üzərində “Kong киви конфеты 500 r” yazısı əks olunmuş, 160 ədəd üzərində “Mededina Taj 500 r” (banan) yazısı əks olunmus, 160 ədəd üzərində “Medina Taj 500 r” (kakos) yazısı əks olunmuş, 280 ədəd üzərində "Medina Taj 500 r” (qarışıq) yazısı əks olunmuş, 160 ədəd üzərində “Medina Taj 500 r” (ananas) yazısı əks olunmuş, 120 ədəd “üzərində “Medina Taj 500 r” (üzüm) yazısı əks olunmuş, 160 ədəd üzərində “Medina Taj 500 r” (manqo) yazısı əks olunmuş, 160 ədəd üzərində “Рахш маракуйя кубики 500 r” yazısı əks olunmuş, 160 ədəd üzərində "Рахш клубника кубики 500 r” yazısı əks olunmuş, 160 ədəd üzərində “Рахш ананас кубики 500 r” yazısı əks olunmuş, 160 ədəd üzərində "Рахш персик кубики 500 r” yazısı əks olunmuş, 160 ədəd üzərində “Рахш вишня кубики 500 r” yazısı əks olunmuş, 160 ədəd üzərində “Рахш манго кубики 500 r" yazısı əks olunmuş meyvələrdən hazırlanmış qənnadı məmulatları olduğu aşkar olunmuşdur. Aşkar olunmuş mallar araşdırma aparılması məqsədi ilə protokol tərtib olunaraq götürülmüşdür. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Xaçmaz Gömrük İdarəsinin malların saxlanması üçün xüsusi soyuducu ilə təchiz olunmuş yer var və 25 dərəcə istiyədək saxlanılması mümkündür. Lakin həmin malları gömrük orqanının saxlama yerinə daşınması barədə tərəfin bu günədək tələbi olmamışdır. O, tərəflərindən həmin malları saxlama yerinə daşınmasını təmin edəcəklərini bildirmişdir. Şəxs MMC ölkəyə gətirilən malların idxal prosedurunu həyata keçmədiyi üçün həmin malları ölkədən ixrac edə bilməz. Belə ki, Şəxs MMC tərəfindən həmin mallara görə gömrük orqanına heç bir sənəd təqdim edilməmişdir. Həmçinin malın Rusiya Federasiyasına aid olması barədə daxili mal statusunu almamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi ekspert rəyi tərəflərindən obyektiv olmadığı müəyyən olunmuşdur. Çünki həmin malların daxili bazarda qiymətləri mövcuddur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin dəfələrlə qərəzli mövqeyi barədə məlumat verilmişdir. Sözügedən ekspertizanın başqa eksperti tərəfindən digər iş üzrə hazırkı mallarla eynilik təşkil edən mallar qiymətləndirilmişdir. O, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə etiraz etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə1 bildirmişdir ki, Rusiya Federasiyası ərazisində yerləşən "xxxx" tərəfindən Azərbaycan Respublikası ərazisində yerləşən Şəxs MMC yə 25000 manat dəyərində, 2 t çəkidə mal göndərilmişdir. Həmin malın həcminə nəzər yetirilərsə səhv göndərilməsi ehtimalı yoxdur. Həmçinin qeyd olunan mallar sərhəddən Azərbaycana ərazisinə 09 avqust 2024-cü il tarixdə keçmiş, 19 avqust 2024-cü il tarixdə bəyannamə tərtib olunmuşdur. Həmin 20 gün müddətində Şəxs MMC və ya "xxxx" göndərilən malların səhv olması ilə əlaqədar olaraq gömrük orqanına məlumat verməmişlər. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi məhkəmə iclasında izahatında göstərmişdir ki, sözügedən malların 02 fevral 2025-ci il tarixdə vaxtları bitir. İşin tez bitməsini nəzərə alaraq həmin malları soyuducuda saxlamaqla Şəxs MMC şirkəti gündəlik olaraq pul ödəməklə 3000 manat məbləğində zərər etmişdir. Həmin malları gömrük orqanı tərəfindən saxlama yerinə daşınması xahiş olunmuşdur. Azərbaycan Respublikası QTA-nın icazəsi olmadığı üçün ölkə ərazisində həmin malların sənədləşdirilməsi mümkün olmamışdır. Malları göndərən tərəf isə məktubla müraciət edərək göndərilən malın alınmasını, əks halda isə geri qaytarılmasına köməklik edilməsini xahiş etmişlər. Belə ki, o, Rusiya Federasiyasının həmin mallara təyin etdiyi qiymətlərlə razı olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2bildirmişdir ki, "xxxx" tərəfindən qurudulmuş meyvələrin əvəzinə anbarda səhvə yol verilərək konfet məmulatları göndərilmişdir. Şəxs MMC olaraq bu barədə məlumatlı olmamışlar. Xəta aşkar edildikdən sonra "xxxx" MMC-yə məlumat verilmişdir. Nəzərə alınsa ki, 02 fevral 2025-ci il tarixdə həmin konfet məmulatlarının vaxtı bitir və qurudulmuş meyvələrin qiyməti daha baha olur, o zaman həmin əməlin Şəxs MMC-yə heç bir halda sərf etmədiyindən qəsdən törədilməsi düzgün fikir olmaz. Həmçinin həmin malların qiymətinin 25000 manat olması ilə razı deyil. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin vəkili məhkəmə iclasında izahatında göstərmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin dediyi kimi ölkəyə idxal olunmuş sözügedən mallardan ölkə ərazisində olmadığından həmin malların qiymətləndirilməsi mümkün deyil. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində də, sübuta yetirilmişdir ki, həmin malların qiymətləndirilməsi mümkün olmamışdır. Belə olan halda iş materiallarında olan mütəxəssis rəyində olan malların hansı mənbədən əldə olunmuş məlumatlar əsasında qiymətləndirilməsi şübhə altına düşür. Həmçinin gömrük orqanında saxlanılan Şəxs MMCyə aid malların vaxtının bitməsinə az müddət qalmışdır. Həmin malların vaxtının ötməsini nəzərə alaraq təkrar ekspertiza kəçirilməməlidir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil bildirmişdir ki, OOO "xxxx" məktub ünvanlayaraq göndərilmiş malların səhv olduğunu etiraf etmişdir. Bu barədə tələb olunan müddətdə Şəxs MMC-nin məlumatı olmamışdır. Mallar ölkəyə gəldikdən sonra gömrük orqanına bəyan edilərək, həmin malların səhv göndərilməsi barədə OOO "xxxx" MMC-yə məlumat verilmişdir. “Azərekspertiza” Birliyinin 26 avqust 2024-cü il tarixli, 007/24/X nömrəli ekspertiza aktında qeyd olunan məbləğlə razı deyillər, ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “Azərekspertiza” Birliyinin eksperti izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Qiymətləndirmə Fəaliyyəti haqqında Qanuna əsasən malın bazar və satış qiymətlərini internetdən, bazarlardan həmin informasiyalar əldə olunur. Gömrük orqanı tərəfindən qərardadla əmtəəşünaslıq ekspertizası təyin olunur və ekspertiza olunaraq tərəflərindən həmin qoyulmuş suallara cavab verilir. Ekspertiza dəvət olunur və ilkin olaraq vizual baxışla həmin malların mənşəyi, hansı ölkəyə aid olması, üzərindəki markası, malın korlanmasına, zədəsinə bütövlüyünə diqqət yetirilir. Lakin həmin malın keyfiyyətinin yoxlanması əmtəəşünaslıq ekspertizası tərəfindən müəyyən edilmir və həmçinin malın tamlığı pozulubsa, mənşəyi bilinmirsə o zaman həmin mal qiymətləndirilmir. Gömrük orqanı tərəfindən təqdim olunmuş malların ölkə ərazisində orta bazar qiymətinə uyğun qiymətləndirilir. Həmçinin, ekspert hazırki inzibati material üzrə keçirilmiş ekspertizaya dair istinad mənbələrini götərərək həmin mənbədən çıxarışları məhkəməyə təqdim edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları, ekspertiza rəyləri və proses iştirakçılarının ifadələri ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -20 avqust 2024-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanması haqqında” protokoldan və 01 ədəd audio-video diskdən müəyyən edilir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2, 92.2.1, 92.2.6, 99-cu maddələrinə əsasən Şəxs MMC-nin direktoru, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1975-ci ildə Xaçmaz rayonunda anadan olan, Xaçmaz şəhəri, Niyazabad şəhərində qeydiyyatda olan Nümayəndə2 pğlunun iştirakı ilə, Rusiya Federasiyası, Moskva şəhəri, Nijnaya Krasnoselskaya küçəsi, ev 35, str 23, pom 8/3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən, Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə idxal olunan “qurudulmuş meyvələr və qara çay” yükünə gömrük yoxlaması keçirilmişdir. - Gömrük bəyannaməsindən və Gömrük Xidmətinin VAİS-dən çıxarışdan görünür ki, **********1825 saylı gömrük bəyannaməsi əsasında ölkəyə idxal edilən yüklər barədə gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. - “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan müəyyən edilir ki, 22 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - “Şahidin sorğu-sual edilməsi haqqında” protokoldan müəyyən edilir ki, X1 Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Nümayəndə1 tərəfindən sorğu-sual edilmişdir. - “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” protokoldan müəyyən edilir ki, Orucov X5 Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Nümayəndə1 tərəfindən sorğu-sual edilmişdir. - “Əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında” qərardaddan müəyyən edilir ki, Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Nümayəndə1 tərəfindən 22 avqust 2024-cü il tarixdə 01400-06593/24 saylı inzibati iş üzrə Əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “AZƏREKSPERTİZA” Birliyi 007/24-X nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, beynəlxalq şəbəkə internet vasitəsilə müxtəlif saytlarda aparılan axtarışların nəticəsinə və Bakı şəhərində yerləşən marketlərdən alınan məlumatlara əsasən təqdim edilmiş malların xx.xx.2024-cü il tarixə mövcud olan orta bazar (satış) qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: 1). “Kong сладкие кубики со вкусом кокоса 500 г” yazısı əks olunmuş müxtəlif meyvə suyundan hazırlanmış marmelad (konfet) qənnadı məmulatları 500 qramlıq qablaşdırmada 1 ədədi 8,0 manat təşkil edir, cəmi 1991 ədədinin cəmi qiyməti 15928 manatdır. 2). “Рахш və Medina Taj 500г” yazısı əks olunmuş müxtəlif meyvə və meyvə suyundan hazırlanmış marmelad (konfet) qənnadı məmulatları 500 qramlıq qablaşdırmada 1 ədədi 4,8 manat təşkil edir, cəmi 2000 ədədinin cəmi qiyməti 9600 manatdır. Təqdim olunan malların ümumi dəyəri 25528 manat məbləğindədir. - 27 avqust 2024-cü il tarixli “Vəsatətin təmin olunmasından imtina edilməsi haqqında” qərardaddan müəyyən edilir ki, Şəxs MMC-nin direktoru Nümayəndə2 ərizə ilə Xaçmaz Gömrük İdarəsinə müraciət edərək barəsində aparılan inzibati material üzrə dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Nümayəndə2 vəkil tutmaq üçün maddi imkanı yoxdur. Şəxs MMC-nin direktoru Nümayəndə2 tərəfindən Xaçmaz Gömrük İdarəsinə verilmiş həmin vəsatət təmin olunmamışdır. - Xaçmaz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə1 tərəfindən Xaçmaz şəhəri, Müşkiri küçəsində qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) barəsində 28 avqust 2024-cü il tarixli, № 01400-06593/24 protokol tərtib edilmişdir. - “İcraatın başa çatdırılması haqqında” raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə icraat başa çatdırılmışdır. - Gömrük bəyannaməsindən və Gömrük Xidmətinin VAİS-dən çıxarışdan görünür ki, **********1825 saylı gömrük bəyannaməsi əsasında xx.xx.2024-cü il tarixdə, **********2732 saylı gömrük bəyannaməsi əsasında xx.xx.2024-cü il tarixdə MMC "xxxx" tərəfindən Şəxs MMC-nin adına mallar idxal edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 3(067)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs MMC (VÖEN **********; **********8701 nömrəli gömrük bəyannaməsi üzrə) Azərbaycan Respublikası İXM-nin 482.2 və 485.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə həmin maddənin 482.2-ci maddəsinə əsasən inzibati xətanın obyekti olmuş 27385.18 AZN-nin otuz faizi məbləğində, yəni 8215.554 AZN məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixli “Müqavilə” dən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış müqavilə üzrə satılan malların dəyəri ******* rubl təşkil edir. - Rusiya Federasiyası, Moskva şəhəri, Nijnaya Krasnoselskaya küçəsi ev 35, tik.23, otaq 8/3-də yerləşən "xxxx" MMC-nin tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Baş direktor X7 nəzərinə çatdırılır ki, xx.xx.2024-cü il tarixli 1 nömrəli qaimə-fakturaya əsasən mal göndərilərkən xx.xx.2024-cü il tarixinədək yararlılıq müddəti olan 167 ədəd qurudulmuş ananas meyvəsi əvəzinə Moskva şəhəri, Nijnaya Krasnoselskaya küçəsi ev 35, tik.23, otaq 8/3 ünvanında yerləşən, müvəqqəti saxlanma anbarının işçiləri tərəfindən göstərilən malları səhvən ** GY *** nömrəli yük maşınına yüklənilib. Həmin səhvən göndərilmiş 1.20, 1.25 və 1.40 ABŞ dollarıqiyməti olan malların satılmasına və ya geri qaytarılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8626 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və iş materiallarında qeyd edilən malların yerli internet saytlarında satışı və qiyməti barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. - Xaçmaz Gömrük İdarəsi tərəfindən Xaçmaz rayon məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024 tarixli, 9/8626 saylı ekspert rəyinə əsasən qeyd olunan hüquqpozma predmetlərinin daxili bazarda və yerli internet səhifələrində qiyməti olmadığı üçün qiymətləndirilməmişdir. Lakin, qeyd olunan predmetlərin “ozon.com" internet səhifəsindən qiymətləri müəyyən edilmişdir. Bundan əlavə, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş digər xx.xx.2024-cü il tarixli, 9/7615 saylı əmtəəşünaslıq ekspertizası üzrə rəydə “ozon.com” internet səhifəsində qeyd olunmuş qiymətlərə istinad olunmuşdur. Hüquqpozma predmetlərinin “ozon.com” səhifəsindən əldə edilmiş qiymətləri - “Kong виноград конфеты 500 r”-7,27 manat, “Kong сладкие кубики со вкусом персика 500г”- 11,22 manat, “Kong яблоко конфеты 500 г”-6,95 manat, “Kong вишня конфеты 500 г” - 14,48 manat, “Kong сладкие кубики со вкусом днриана 500г”-11,22 manat, “Kong сладкие кубики со вкусом кокоса 500г” -7,24 manat, “Kong сладкие кубики со вкусом манго 500г” -12,40 manat, “Kong груш конфеты 500 г”- 8,40 manat, “Kong marakua конфеты 500 r” -20,79 manat, “Kong киви конфеты 500 г” -11, 22 manat, “Рахш маракуйя кубики 500г” -9,63 manat, “Рахш клубника кубики 500г” -8,53 manat, “Рахш ананас кубики 500г-8,40 manat, “Рахш персик кубики 500г”-9,63 manat, “Рахш вишня кубики 500г”-8,53 manat, “Рахш манго кубики 500г” -9,49 manatdır. Odur ki, yuxarıda qeyd olunanaları nəzərə alaraq, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 482.2-ci maddəsinə əsasənAzərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi ölkəyə gətirilən malların anbarda səhvə yol verilərək göndərildiyini bildirsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin satıcı şirkət "xxxx"-inmalların səhv göndərildiyi və geri qaytarılmasını xahiş etdiyi məktub isə xəta aşkar olunduqdan (xx.xx.2024) və inzibati xəta haqqında protokol tərtib edildikdən (xx.xx.2024) sonra, yəni, xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Bu da həmin məktubun ixracatçı və idxalçı şirkətin sonradan razılaşması əsasında tərtib edilərək göndərildiyini və həqiqəti əks etdirmədiyini göstərir. Əks halda xx.xx.2024-cü il tarixdə gömrük orqanı tərəfindən gətirilən mallara video-çəkilişlə baxış keçirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi bu barədə çəkiliş aparılan zaman öz fikrini bildirə və buna etiraz edə bilərdi. Barəsində protokol tərtib edilmiş tərəfin onların məlumatsızlığı səbəbindən həmin şirkətdən vaxtında məktubun alınmadığını bildirməsi isə həqiqətə uyğun deyildir. Belə ki, həmin hüquqi şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin eyni maddəsi, yəni, 482.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində inzibati tənbeh təbiri tətbiq edilmişdir, bu isə həmin hüquqi şəxsin mallar ölkəyə səhv gətirildikdə hansı prosessual hərəkətləri etmək, hansı səndələri və nə zaman təqdim etmək barədə, həmçinin, bu əməlin hansı hüquqi nəticəyə səbəb olacağı barədə məlumatlı olduğunu göstərir. Eyni zamanda, məhkəmə prosesində göndərilmiş məktubun təhlili zamanı müəyyən edilmişdir ki orada “..167 ədəd qurudulmuş ananas meyvəsi əvəzinə..” qeyd edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən tərtib edilmiş gömrük bəyanaməsində isə “qurudulmuş meyvələr: ananas, tərkibində spirt əlavələri olmayan, insan istehlakı üçün nəzərdə tutulmuş, halqalar şəklində kəsilmiş halda: kağız kisələrdə 167 ədəd-2005 kq” qeyd edilmişdir. Bu barədə izah verən hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, qurudulmuş meyvələr kağız kisədə deyil, şüşə qablarda qablaşdırılır, gömrük bəyannaməsində kağız kisələrdə qeyd edilməsinin bəyannaməni tərtib etmiş işçinin texniki səhvi ola biləcəyini bildirmişdir. Bundan başqa, məhkəmə hesab edir ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və vəkilinin malların dəyəri ilə bağlı ekspertizanın keçrilməsi barədə şifahi vəsatət verməsi barəsində protokol tərtib edilmiş hüquqi şəxsin dolayı olaraq inzibati xəta hadisəsini törətdiyini etiraf etdiyini nümayiş etdirir. Həmçinin məhkəmə qeyd edir ki, barəsində protokol tərtib edilmiş tərəfin inzibati xəta barədə tənbeh tədbrinin gömrük bəyanaməsində göstərilən məbləğ yəni, 12613 manat məbləğinə əsasən tətbiq edilməsini istəməsi də, onun İXM-in 482.2-ci maddəsidə nəzərədə tutulan inzibati xətanı bilərəkdən törətməsi kimi qiymətləndirilməlidir. Belə ki, İXM-in 482.2-ci maddəsinin mənası elə ondan ibarətdir ki, dəyəri daha çox olan malların dəyəri az göstərilməklə gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsilə malların ölkəyə keçirilməsinə nail olmaq istəyən şəxslər inzibati məsuliyyətə cəlb edilsin. Bundan başqa məhkəmə verilmiş ekspert rəylərinə münasibətdə qeyd edir ki, məhkəmə qərararı əsasında keçirilmiş 20 noyabr 2024-cü il tarixli ekspert rəyində tədqiqatın nəticəsində“qeyd edilən malların yerli internet saytlarında satışı və qiyməti barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı” qeyd edildiyindən həmin ekpert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, gömrük orqanı tərəfindən məhkəməyə təqdim edilmiş və 16 noyabr 2024-cü il tarixə aid olan digər iş üzrə malların qiymətləndirilməsi ilə bağlı ekspert rəyi “ozon.com” saytına əsaslandığı halda halda, hazırki inzibati işüzrə təqdim edilən malların da həmin saytda satışı və qiymətlərinin olmasına baxmayaraq, qiymətləndirilmənin aparılmaması anlaşılan deyil. Bir halda ki, gömrük orqanın qərarına əsasən keçirilmiş ekspertizada da qiymətləndirmə məhz “ozon.com” saytına istinad edilməklə aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati tənbeh tədbiri 26 avqust 2024-cü il tarixli ekspert rəyində göstərilmiş məbləğə uyğun tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən müəyyən edilməmişdir. İXM-in 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə Şəxs MMC-nin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini hüquqi şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirənhalların olmamasını və məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 30 % miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Şəxs MMC tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Şəxs MMC tutularaq Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “AZƏREKSPERTİZA” Birliyinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 25528 manat olan malın dəyərinin 30(otuz) faizi miqdarında, yəni 7.658,4 (yeddi min altı yüz əlli səkkiz manat qırx qəpik) manat məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “AZƏREKSPERTİZA” Birliyinin hesabına keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Şəxs MMC-dən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan XaçmazRayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar