Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1046/2023 25.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, X3 tərəfindən Mərkəzi Bankın 28 oktyabr 2021-ci il tarixli EP № ******* saylı qərarından verilmiş ərizəyə (şikayətə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Mərkəzi Bankın 28 oktyabr 2021 -ci il tarixli, EP № ******* saylı qərarından verdiyi şikayətin baxılması üçün icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati qərar çıxarılmış şəxs Şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mərkəzi Bankının qərardadından verilmiş şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş ərizəni nəzərdən keçirərək hesab edir ki, X1 Mərkəzi Bankın 28 oktyabr 2021 -ci il tarixli, EP № ******* saylı qərarından şikayət ərizəsi barəsində inzibati qərar çıxarılmış şəxs X1 məhkəməyə ünvanlandığı müraciətinə əsasən baxılmamış saxlanılmaqla onun özünə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərarverdi: Mərkəzi Bankın 28 oktyabr 2021 -ci il tarixli, EP № ******* saylı qərarından şikayət ərizəsi baxılmamış saxlanılmaqla ərizə və əlavə olunmuş sənədlər onun özünə geri qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1046/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1046/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver