Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1047/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X7 Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru X6 15 mart 2022-ci il tarixli, EP seriyalı ******* saylı qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru X6 28 oktyabr 2021-ci il tarixli, EP seriyalı ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X9 Habil əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Mərkəzi Bankın ötürülmüş prosessual müddətin bərpa edilməməsi barədə 15 mart 2022-ci il tarixli EP ******* saylı qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilməsini və barəsində qəbul edilmiş 28 oktyabr 2021-ci il tarixli EP ******* saylı qərardan verdiyi apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru X6 28 oktyabr 2021-ci il tarixli EP seriyalı ******* saylı qərarı ilə barəsində çıxarılmış qərara əsasən 800000.00 Rusiya rublu 10 sentyabr 2019-cu il tarixində xaricə köçürməsi və 02 il müddət keçməsinə baxmayaraq 800000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməməyi müəyyən edilmişdir. Nəticə olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə, 80000.00 Rusiya rublu məbləğində cərimə edilmişdir. Daha sonra həmin qərardan Xaçmaz rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsi şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə 3(067)-456/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Qərardadda qeyd edilir ki, “inzibati tənbeh vermə haqqında qərarlar 28 oktyabr 2021-ci il tarixində qəbul edilsə də, şikayət məhkəməyə 28 fevral 2022-ci il tarixində daxil olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdə inzibati tənbehvermə haqqında qərarların şikayətçiyə nə vaxt rəsmi qaydada təqdim edildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Bu səbəblə də həmin qərardan şikayət verilməsi müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. ” Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru X6 28 oktyabr 2021-ci il tarixli, EP № ******* qərarına münasibətdə ötürülmüş müddətin üzrlü hesab olunması barədə qərar qəbul edilməsi barədə ərizə ilə müraciət etmişdir. Mərkəzi Bankın 15 mart 2022-ci il tarixli, № EP ******* saylı qərardadı (şikayətə əlavə edilir) ilə müddət bərpa edilməmişdir. Mərkəzi Bank qərardadında müddətin bərpa edilməməsi ilə bağlı qeyd edir ki, inzibati xəta haqqında iş üzrə 28 oktyabr 2021-ci il tarixli, EP № ******* qərarı onun etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixində qəbzə imza atmaqla qəbul etmişdir. Xaçmaz Rayon Məhkəməsinə isə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Yəni ki, Mərkəzi Bank hesab edir ki, o, şikayət verilmə müddətini ötürmüşdür və müddətin bərpa edilməsi ilə bağlı heç bir üzrlü səbəb yoxdur. Hesab edir ki, sözüdəngedən qərardad aşağıda qeyd edildiyi səbəblərə görə əsassızdır, ləğv edilməli və müddət bərpa edilməlidir. Belə ki, Mərkəzi Bankın 15 mart 2022-ci il tarixli, № EP ******* saylı qərardadında birbaşa qeyd olunur ki, inzibati xəta haqqında iş üzrə 28 oktyabr 2021 -ci il tarixli, EP № ******* qərarı etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixində qəbzə imza atmaqla qəbul etmişdir və o, həmin qərardan verdiyi şikayət xx.xx.2022-ci il tarixində poçta təqdim etmişdir, (müvafiq poçt qəbzi şikayətə əlavə edilir). Göründüyü kimi hər iki sənəd sübut edir ki, onun tərəfindən şikayət verilmə müddəti ötürülməmişdir. Mərkəzi bankın qərardadı əsassızdır və ləğv edilməlidir. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və iştirak etməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinə uyğun izahat verərək 15 mart 2022-ci il tarixli qərardadın ləğv edilməsini və 28 oktyabr 2021-ci il tarixli qərarın mahiyyəti üzrə yenidən araşdırılmasını və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, qərardan şikayət vermə müddəti təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli qərarını mahiyyəti üzrə araşdırmaq üçün ilk öncə qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair 15 mart 2022-ci il tarixli EP ******* saylı qərardada münasibət bildirilməsi zəruridir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti ötürüldüyündən, müddətin bərpasına dair Mərkəzi Banka müraciət edilmişdir. X13 tərəfindən müddətin bərpa edilməməsinə dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Hazırda isə Mərkəzi Bankı xx.xx.2022-ci il tarixli müddətin bərpa edilməməsinə dair qərarın ləğv edilməsi üçün məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Şikayətçi iş materiallarına SS621765442AZ nömrəli poçt xəbərnaməsini əlavə etsə də, həmin poçt göndərişinin kim tərəfindən və kimə ünvanlanması barədə heç bir məlumat qeyd edilməyib. Məhkəmə tərəfindən “Poçt göndərişlərinin izlənməsi” haqqında rəsmi internet səhifəsindən müvafiq sorğu aparılsa da, SS621765442AZ saylı poçt göndərişi haqqında heç bir məlumat tapılmamışdır. Bu səbəbdə də, şikayət əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X3 Bankın ötürülmüş prosessual müddətinin bərpa edilməməsi barədə 15 mart 2022-ci il tarixli, EP seriyalı ******* saylı qərardadın ləğv edilməsinə dair heç bir əsas olmadığından, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən qüvvədə qalmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin olunmasın. Mərkəzi Bankın ötürülmüş prosessual müddətinin bərpa edilməməsi barədə 15 mart 2022-ci il tarixli, EP seriyalı ******* saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1047/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1047/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver