Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1048/2021 01.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, 06 avqust 1972-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xaçmaz rayonunun Nərəcan kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJ-17” modelli xarici çaxmaqlı, yivsizhamar təklüləli odlu ov silahı olan tüfənği əldə edib saxlamış, həmin ov silahı və 04 ədəd patronlar Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilərkən aşkar edilərək götürülmüşdür. Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Xaçmaz rayon X2 X3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsüf edilməsi haqqında 15 iyul 2021-ci il tarixli qərardan müəyyən olunur ki, qeyd olunan tarixdə Şəxs narkotik tərkibli çətənə birkilərini qanunsuz olaraq külli miqdarda kultivasiya etməsi barədə əməliyyat məlumatı əsasında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilərkən sonuncunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində kollar və ağaclarla əhatə olunmuş meşə ərazisində külli miqdarda- 97 ədəd yaş vəziyyətdə ümumi çəkisi 120 kq 500 qram olan əkilib-becərilməsi qadağan edilmiş narkotik vasitə çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan yaşadığı 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJ-17” modelli xarici çaxmaqlı, yivsiz-hamar təklüləli odlu ov silahı olan tüfənği əldə edib saxlaması aşkar edilərək müvafiq sənədləşmə aparılmışdır. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsüf edilməsi haqqında 15 iyul 2021-ci il tarixli qərarında istinad olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasına dair 16 noyabr 2021-ci il tarixli, 3/1813 nömrəli ekspert rəYindən görünür ki, Şəxs aşkar edilmiş, tədqiqata təqdim edilmiş 1 ədəd nömrəsi silinmiş tüfəng zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 16 kalibrli, “İJ-17” modelli xarici çaxmaqlı, yivsiz-hamar təklüləli odlu ov silahı olmaqla saz vəziyyətdədir, atəş açmaq üçün yaralı olmaqla, üzərində təyinatı dəyişən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, uyğun kalibrli yivsiz-hamar lüləli odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, atəşə (istifadəyə) yararlıdır. Həmçinin toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsüf edilməsi haqqında 15 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs aşkar edilmiş, icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJ-17” modelli xarici çaxmaqlı, yivsiz-hamar təklüləli odlu ov silahı olan 1 ədəd tüfənğ və 4 ədəd patronlar müvafiq qərarla maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasının həddi daxilində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı ov silahı olan 1 ədəd tüfəng və 4 ədəd patronlar müsadirə edilməklə, cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 16 kalibrli, “İJ-17” modelli xarici çaxmaqlı, yivsiz-hamar təklüləli odlu ov silahı olan tüfəng və 4 ədəd patronlar müsadirə edilməklə, 100 (bir yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1048/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1048/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver