Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1049/2022 07.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 və onun müdafiəçisi Vəkil iştirakları ilə, Xaçmaz rayon X6 X7 24 dekabr 2020-ci il tarixli, TP 410319 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətin X8 tərəfindən üzürlü səbəbdən buraxılmasına və bu müddətin bərpa edilməsinə dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 vəsatətlə məhkəməyə müraciət edərək Xaçmaz rayon X6 X7 24 dekabr 2020-ci il tarixli, TP 410319 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətin tərəfindən üzürlü səbəbdən buraxılmasına və bu müddətin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon X6 X7 24 dekabr 2020-ci il tarixli, TP 410319 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada verilməmiş, şkayətləri və müraciətlərindən sonra 2021-ci ilin sonlarında verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xaçmaz rayon X6 X7 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən X8 və onun müdaiəçisi Vəkil vəsatətə uyğun izahat verərək, vəsatətin təmin olunmasını və buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını və proses iştirakçıların izahatlarını dinləyərək belə qənaətə gəlir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, vəsatətin özündən də göründüyü kimi, Akimov Azad sözügedən inzibati xəta haqqında qərarı 2021-ci ilin sonlarında aldığını etiraf edir. Bundan başqa, Xaçmaz rayon məhkəməsinin icraatında olan və hal-hazırda dayandırılan 2(067)-138/2022 mülki işin materiallarından görünür ki, iddiaçı X2 cavabdeh X3 inzibati xəta nəticəsində törədilmiş avtoqəzadan çəkdiyi maddi ziyanın tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin mülki işin materiallarında olan ərizə və etirazların surətlərindən görünür ki, X8 Xaçmaz rayon X6 X7 24 dekabr 2020-ci il tarixli, TP 410319 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlumatlı olmuş və həmin qərarı inzibati xətalar icraatı qaydasında mübahisələndirmək əvəzinə, mülki məhkəmə icraatı qaydasında mübahisələndirməyə çalışırdı. Onu da qeyd etmək zəruridir ki, X8 mülki icraat qaydasında cavabdeh qismində çıxış edən zaman ona öz hesabına müqavilə əsasında vəkil hüquqi yardım göstərmişdir. Göründüyü kimi X8 Xaçmaz rayon X6 X7 24 dekabr 2020-ci il tarixli, TP 410319 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlumatlı olmuş, habelə peşəkar hüquqi yardımla təmin edilmişdir. Buna baxmayaraq X8 Xaçmaz rayon X6 X7 24 dekabr 2020-ci il tarixli, TP 410319 nömrəli inzibati tənbeh vermə haqqında qərarından vaxtında lazimi qaydada şikayət verməmişdir. Belə olan halda, hazırki vəsatətinin heç bir əsası yoxdur və inzibati xəta haqqında qərardan şikayət vermə müddəti bərpa edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Xaçmaz rayon X6 X7 24 dekabr 2020-ci il tarixli, TP 410319 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətin X8 tərəfindən üzürlü səbəbdən buraxılmasına və bu müddətin bərpa edilməsinə dair vəsatət rədd edilsin. Qərardaddan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1049/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1049/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver