Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1049/2023 15.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X2 tərəfindən Mərkəzi Bankın 15 mart 2022-ci il tarixli № EP ******* saylı qərarından verilmiş ərizəyə (şikayətə) baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X1 adından məhkəməyə daxil olmuş ərizədən görünür ki, o, Mərkəzi Bankın 15 mart 2022-ci il tarixli № EP ******* saylı qərardadının ləğv edilərək ötürülmüş müddətin bərpa edilməsi və barəsində qəbul edilmiş 28 oktyabr 2021-ci il tarixli, EP № ******* saylı qərardan verdiyi apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni (şikayəti) və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədə apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barəsində tədbir görülməsi xahiş edilmişdir. Göründüyü kimi, ərizə (şikayət) qeyri-müəyyən tərtib edilmişdir. Ərizəçinin tələbi və xahişi qeyri müəyyən tərtib olunmuş, məhkəmədən işə apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etsə də, hazırki halda işə apelyasiya qaydasında baxılması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə (şikayət) inzibati tənbehvermə haqqında qərardan məhkəməyə şikayət verilməsi barədə Azərbaycan Respublikası İXMnin tələblərinə uyğun olmadığından ərizə və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 tərəfindən inzibati xətaya dair qərara dair verilmiş ərizə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1049/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1049/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver