Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1050/2020 16.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz st. Xətt Polis Şöbəsinin Yalama st. Xətt Polis Bölməsin İctimai təhlükəsizlik qrupunun baş inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Xaçmaz rayonunun Yalama kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Yalama kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz st. Xətt Polis Şöbəsinin Yalama st. Xətt Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Xaçmaz rayonunun Ortaoba kənd sakini Zərərçəkmiş şəxs məxsus evin foto şəklini çəkdiyi üçün aralarında mübahisə baş vermiş və baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz st. Xətt Polis Şöbəsinin Yalama st. Xətt Polis Bölməsin İctimai təhlükəsizlik qrupunun baş inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Xaçmaz rayonunun Orta-oba kənd sakini Zərərçəkmiş şəxs məxsus evin foto şəklini çəkdiyi üçün aralarında mübahisə baş vermiş və baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Mələsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun qardaşı X4 uzun müddətdir ki, Rusiya Federasiyasına getmiş, Valehin arvadı Elnarə iki uşağı ilə birlikdə Orta-oba kəndində yerləşən babalarına məxsus evdə qalmışdır. Elnarə bir neçə ildir ki, həmkəndlisi Zərərçəkmiş şəxslə qeyri rəsmi ailə həyatı qurub yaşamağa başlmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında o, yaşadığı evin həyətində təmizlik işləri görərkən həyətdəki beton hissələri yarmaq üçün perferator adlanan aparat lazım olduğundan xalası oğlu İmran İsayevə zəng edərək ondan həmin aləti istəmiş, İmran evlərində ona köməklik etmək üçün onunla getmək istədiyini dediyindən İmrangilin evindən çıxaraq öz evlərinə tərəf getmişlər. Babası Mirzəxanın evinin qarşısından keçərkən, həmin evin bağ hissəsində Zərərçəkmiş şəxslə rastlaşmış, söhbət əsanasında aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermişdir. Mübahisə zamanı İmran həyətdən çıxaraq onun üstünə hücum edərək onunla əbəyaxa olmuş və onlar qarşılıqlı olaraq dalaşmışlar. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq Zərərçəkmiş şəxs barəsində şikayət etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, inzibati xəta törətmiş şəxs Şəxs onun həmkəndlisidir. Vasifin qardaşı Valeh Mehtiyevlə arvadı Elnarə Seyidova 2012-ci ildə məhkəmə qaydasında boşandıqdan sonra o, Elnarə ilə qeyri rəsmi olaraq ailə quraraq Xaçmaz rayonunun Orta-oba kəndində Elnarənin keçmiş əri ilə yaşadığı evdə yaşamağa başlamışdır. Lakin onun həmin evdə yaşamasına Şəxs və digər qohumları narazılıq etmiş, Elnarənin keçmiş əri Valehin ailəsi Elnarənin evdən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə o, yaşadığı evin həyətində iş görərkən yol ilə keçən Valehin qardaşı Vasif onu telefona çəkmiş, buna görə o, niyə onu çəkdiyini soruşduqda Vasif onu bayıra çağırmış və bundan sonra aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Vasif ona yumruq zərbəsi atmış və onlar dalaşmağa başlamışlar. Bu vaxt arvadı Elnarə oğlu Talehlə bayıra çıxaraq onları sakitləşdirmiş, daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Asif Mehtiyev barəsində qanuni qərar çıxarılmasını xahiş edir. İşdə olan Xaçmaz st. Xətt Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 651 saylı rəyinin surətindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ tərəf sifət, döş qəfəsi və hər iki bud nahiyələrinin sıyrıqları, sağ əl nahiyəsinin şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx xxxxxxxx 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx xxxxxx 2020-ci il tarixdə bel nahiyəsində aşkar edilmiş piqmentyasiyalaşmış qançır sahələri bərk küt əşya təsirindən törənməklə, müddəti 20-30 gündən yuxarıdır və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsi, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-1050/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1050/2020
16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver