Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1051/2020 16.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi, Dadaşova Könül Vasif qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Xaçmaz rayonunun Orta-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Yalama st. XPB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i: Şəxs və X3 xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Orta-oba kəndində küçədə bir birilərini döymüşlər. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf edərək bildirmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində yaşadığı evin qarşısında olarkən yaşadığı evin şəkilini Vasif Mehtiyev tərəfindən çəkildiyini görmüş, buna görə də niyə evin şəkilini çəkdiyini demiş, bu zəmində yaranmış mübahisə zamanı Vasif onu söymüş və əl zərbəsi ilə onu vurmuş, bundan sonra onlar dalaşmağa başlamışlar. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X3 göstərmişdir ki, xx xxxxxxxx 2020ci il tarixdə saat 09:30 radələrində Xaçmaz rayonunun Orta-oba kəndində yerləşən babasının evinin qarşısından keçərkən İmran onun yoldaşı Elnarə və iki uşağı, bundan başqa qohumu Elmar onun evin qarşısından keçməsinə görə döymüşlər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərara əlavə edilmiş Xaçmaz rayon MTE və PA şöbəsi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- baş beyin silkələnməsi ilə müşaiyət olunmuş ənsə və sol bayır topuq nahiyyələrinin şişkinlikləri, sol dirsək oynağı və sol tərəf bel nahiyyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx xxxxxxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə baş beyin silkələnməsi ilə müşaiyət olunmuş ənsə nahiyyəsinin şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol bayır topuq nahiyyəsinin şişkinliyi, sol dirsək oynağı və sol tərəf bel nahiyyələrinin sıyrıqları isə ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Orta-oba kəndində küçədə X2 vuraraq qəsdən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətməsinin tam sübuta yetirildiyini hesab edir. Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Xəlilov
Məhkəmə qərarları › İş №3(067)-1051/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1051/2020
16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver