Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1052/2022 07.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Xaçmaz rayon X9 X10 İTÜ baş inspektoru polis kapitanı X4, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə X1 inzibati tənbeh edilməsinə dair Xaçmaz rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X3 məhkəməyə müraciət edərək, Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X6 tərəfindən onun barəsində qəbul olunmuş 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 manat cərimə inzibati tənbeh qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X6 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 şikayət ərizəsini müdafiə edib, şikayət ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, avtomobili sərxoş vəziyyətdə idarə etməsini etiraf edir və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə qərar qəbul edilələr 400 manat cərimə olunmasına etiraz etmir. Lakin onun barəsində İXM-nin 334.1-ci maddəsi ilə qərar qəbul olunmasından narazıdır. Ona görə ki, o, avtomobili idarə edərkən sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlı olmamışdır. X3 özünə məxsus olan sürücülük vəsiqəsini məhkəməyə təqdim edərək, bildirmişdir ki, ondan sürücülük vəsiqəsi alınmadığından və həmişə onun üzərində olduğundan, sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatsız olub. Bu barədə məlumatı alan kimi, dərhal cəriməsini ödəmiş və məhkəmə qərarı ilə sürücülük hüququnu bərpa edilmişdir. Məhkəmə iclasında izahat verən Xaçmaz rayon X9 X10 İTÜ baş inspektoru polis kapitanı X7 izahatında göstərmişdir ki, X1 İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması ilə bağlı məsələnin həll edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdıraraq hesab edir ki, X3 barəsində Xaçmaz rayon X9 X13 tərəfindən qəbul edilmiş 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını və 400 manat məbləğində cərimə olunmasını xahiş edir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında Xaçmaz rayon X9 X13 tərəfindən təqdim olunmuş X3 barəsində toplanmış icraat materialı öyrənilərkən müəyyən edilmişdir ki, hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, aparılmış icraat zamanı X1 hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X3 barəsində qəbul olunmuş 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə olan qərar ləğv edilməli və o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh olunmasına dair Xaçmaz rayon X9 X13 tərəfindən qəbul edilmiş 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə ilə inzibati məsuliyyətə cəlb edilsin və barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilsin. Şikayət qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1052/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1052/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver