Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1053/2020 17.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X23, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Lənkəran rayonunun Parakənd kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, Təbriz küçəsi ev 5-də yaşayan X15 məxsus 1 ədəd J 2 markalı 250 manat dəyərində mobil telefonu, bundan başqa xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X10 məxsus Xaçmaz şəhəri, A.Nəsirov küçəsi, 61-ci məhəllədə yerləşən yaşayış olmayan evinin həyətindən 60 manat dəyərində samovarı və 30 manat dəyərində qaynaq aparatını, bundan başqa xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Xaçmaz rayonunun Canaxır kəndində yaşayan X16 məxsus Xaçmaz şəhəri, Bakı prospektində yerləşən mağazaya pəncərədən gizli daxil olaraq oradan 50-60 manat dəyərində müxtəlif çeşiddə siqaret və enerjili içkilərini, bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə saat 13:23 radələrində ünvan 3 nömrəli ünvanda yaşayan X11 məxsus Xaçmaz rayonu Aşağızeyid kəndində yerləşən evinin qarşısından 6 ədəd 20 manat dəyərində dəmir borunu, bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayonunun Aşağızeyid kəndində yaşayan X17 həmin kənddə yerləşən mərhum qardaşına məxsus yaşayış olmayan evindən 1 ədəd 6-7 metr uzunluğunda 20 manat dəyərində dəmir borunu, bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Armudpadar kənd sakini X12 məxsus Xaçmaz şəhəri, Köhnə Avtovağzalla üzbəüz, icarə əsasında işlətdiyi avtoyuma məntəqəsindən xalçanın altında saxladığı 40 manat pulunu, bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Niyazabad kəndində yaşayan X1 qaldığı evinin pəncərəsinin yanında qoyduğu içərisində 4 ədəd bank kartları və şəxsiyyət vəsiqəsi olan pul portmanatını, bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində yaşayan X24 məxsus evinin bağından 17 kq dəyərində 60 manat məbləğində fındığını, bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, S.Rüstəm küçəsi ev 21-də yaşayan X5 Xaçmaz şəhər qəbirstanlığında dəfn edilmiş oğlu Saleh Əliyevin məzarının üzərindəki 60 manat dəyərində 1 ədəd güldanı, bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X3 Xaçmaz rayonunun Alekseyevka kəndində yerləşən fermasından heyvanlar üçün quraşdırdığı 24 ədəd su qablarını, bundan başqa xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhər sakini X2 Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsində işlətdiyi kafenin önündə asdığı Azərbaycan və Türkiyə bayraqlarını, bundan başqa xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Qaracik-Zeyid kənd sakini Əliyev Gülbala Mövlud oğlunun evinin giriş hissəsindən ümumi dəyəri 80 manat təşkil edən 1 kisə fındığı, bundan başqa xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kənd sakini X6 yaşadığı evindən 50 manat pulu, bundan başqa xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi olan müddət ərzində Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşayan X13 evdə olmadığı vaxt evinə gizli daxil olaraq 85 manat dəyərində 1 ədəd gümüş qolbaq və 1 ədəd gümüş boyunbağını, bundan başqa xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Xaçmaz rayonunun Qədimalı-qışlaq kəndində yaşayan X9 məxsus yaşadığı evinin yaxınlığında yerləşən pay torpaq sahəsində əkdiyi 2 illik 80 ədəd fındıq qələmlərini gizli olaraq talamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, həqiqətən maddi imkansızlıqdan xx xxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, Təbriz küçəsi ev 5-də yaşayan X15 məxsus 1 ədəd J 2 markalı mobil telefonu, xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X10 məxsus Xaçmaz şəhəri, A.Nəsirov küçəsi, 61-ci məhəllədə yerləşən yaşayış olmayan evinin həyətindən samovarı və qaynaq aparatını, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Xaçmaz rayonunun Canaxır kəndində yaşayan X16 məxsus Xaçmaz şəhəri, Bakı prospektində yerləşən mağazaya pəncərədən gizli daxil olaraq oradan müxtəlif çeşiddə siqaret və enerjili içkilərini, xx xxxxxxxx 2020-ci il tarixdə saat 13:23 radələrində ünvan 3 nömrəli ünvanda yaşayan X11 məxsus Xaçmaz rayonu Aşağızeyid kəndində yerləşən evinin qarşısından 6 ədəd dəmir borunu, xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayonunun Aşağızeyid kəndində yaşayan X17 həmin kənddə yerləşən mərhum qardaşına məxsus yaşayış olmayan evindən 1 ədəd 6-7 metr uzunluğunda dəmir borunu, xx xxxxxxxx 2020ci il tarixdə Xaçmaz rayonunun Armudpadar kənd sakini X12 məxsus Xaçmaz şəhəri, Köhnə Avtovağzalla üzbəüz, icarə əsasında işlətdiyi avtoyuma məntəqəsindən xalçanın altında saxladığı 40 manat pulunu , xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Niyazabad kəndində yaşayan X1 qaldığı evinin pəncərəsinin yanında qoyduğu içərisində 4 ədəd bank kartları və şəxsiyyət vəsiqəsi olan pul portmanatını, xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində yaşayan X24 məxsus evinin bağından 17 kq dəyərində fındığını, xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, S.Rüstəm küçəsi ev 21-də yaşayan X5 Xaçmaz şəhər qəbirstanlığında dəfn edilmiş oğlu Saleh Əliyevin məzarının üzərindəki 1 ədəd güldanı, xx xxxxxxxx 2020-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X3 Xaçmaz rayonunun Alekseyevka kəndində yerləşən fermasından heyvanlar üçün quraşdırdığı 24 ədəd su qablarını, xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhər sakini X2 Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsində işlətdiyi kafenin önündə asdığı Azərbaycan və Türkiyə bayraqlarını, xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Qaracik-Zeyid kənd sakini Əliyev Gülbala Mövlud oğlunun evinin giriş hissəsindən 1 kisə fındığı, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kənd sakini X6 yaşadığı evindən 50 manat pulu, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi olan müddət ərzində Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşayan X13 evdə olmadığı vaxt evinə gizli daxil olaraq 1 ədəd gümüş qolbaq və 1 ədəd gümüş boyunbağını, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Xaçmaz rayonunun Qədimalı-qışlaq kəndində yaşayan X9 məxsus yaşadığı evinin yaxınlığında yerləşən pay torpaq sahəsində əkdiyi 2 illik 80 ədəd fındıq qələmlərini oğurlamışdır. Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar sonradan Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində aparılan sorğu zamanı o, törətmiş olduğu oğurluq hadisələrini etiraf etmişdir. Zərər çəkmiş şəxslərə vurmuş olduğu zərəri ödəyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X19 xx xxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X19 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X7 xx xxxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X7 xx xxxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X7 xx xxxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X8 xx xxxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X28 xx xxxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X14 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X28 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X14 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X28 xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X25 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Həsənov Elvin Möhübbət oğlunun xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X19 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X20 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirirək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxx 2020, xx xxxxxx 2020, xx xxxxxx 2020, xx xxxxxxxx 2020 və xx xxxxxxxx 2020-ci il tarixlərdə zərərçəkmiş şəxslər X26, X35, X40, X18 və X21 məxsus əmlakları talaması faktı üzrə əməllərində cinayət tərkibi olmadığından toplanmış materiallar üzrə barəsində cinayət işinin başlanması rədd edilərək əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan qərarların surətləri onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü Xaçmaz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndəriliməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə həmin faktlar üzrə onun barəsində inzibati xəta haqqında protokollar tərtib edirərək materiallar müvafiq tədbir görülməsindən ötrü məhkəməyə göndərilməmiş, yaxud inzibati xəta haqqında icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmuş olsaydı belə icraat zamanı hər hansı qərar qəbul edilməmiş və qanuna müvafiq qaydada hər hansı prosessual hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 53-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs xx xxxxx 2020, xx xxxxxx 2020, xx xxxxxx 2020, xx xxxxxxxx 2020 və xx xxxxxxxx 2020-ci il tarixlərdə zərərçəkmiş şəxslər X26, X35, X40, X18 və X21 məxsus əmlakları talaması faktı üzrə həmin tarixlərdə törədilən əməllərə görə müddət keçdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə əlaqədar o, həmin epizodlar üzrə inzibati məsuliyyətdən azad edilməli və həmin hissələrdə barədində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs digər epizodlar üzrə törətdiyi xətalara görə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbehlərdən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs xx xxxxx 2020, xx xxxxxx 2020, xx xxxxxx 2020, xx xxxxxxxx 2020 və xx xxxxxxxx 2020-ci il tarixlərdə törətdiyi xırda talama inzibati xəta əməllərinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilsin və həmin hissədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 114.2.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-1053/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1053/2020
17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver