Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1060/2022 21.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 21 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(105)-1564/2021 saylı icra vərəqəsinə əsasən Şəxs iki azyaşlı uşaqların 16 iyun 2016-cı il təvəllüdlü X3 və 14 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat alimentin və himayəsindəki, həmin azyaşlı uşaqların ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Şəxs göstərilən icra sənədinin icrasından qəsdən yayınmışdır. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X6 göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(105)-1564/2021 saylı icra vərəqəsinə əsasən Şəxs iki azyaşlı uşaqların 16 iyun 2016-cı il təvəllüdlü X3 və 14 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat alimentin və himayəsindəki, həmin azyaşlı uşaqların ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. O, qeyd olunan icra sənədinin icrasından yayındığından və yaşayış yeri müəyyən olunmadığından barəsində axtarış işi açılması ilə bağlı tərəfindən rayon polis şöbəsinə müraciət edilmiş və o, tərəfindən edilmiş müraciət əsasında polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq tədbir görülməsi ilə bağlı icra şöbəsinə təhvil verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərmişdir ki, iş üzrə tələbkar onun qızı, borclu isə onun keçmiş kürəkənidir. İş üzrə məhkəmənin müvafiq qanuna minmiş qətnamələri olmasına baxmayaraq borclu həmin qətnamələri icra etməkdən qəsdən yayınmışdır. İcra sənədinin icra edilmədiyindən borclu barəsində müvafiq tədbir görülməsi ilə bağlı rayon icra şöbəsinə müraciət etmiş, lakin icra şöbəsindən ona borclunun yaşadığı yer məlum olmadığından icra sənədinin icra edilməsi mümkün olmadığını və buna görə barəsində axtarış işi açılması ilə bağlı rayon polis şöbəsinə müraciət edildiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq borclu barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(105)-1564/2021 saylı icra vərəqəsinə əsasən Şəxs iki azyaşlı uşaqların 16 iyun 2016-cı il təvəllüdlü X3 və 14 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat alimentin və himayəsindəki, həmin azyaşlı uşaqların ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. O, həmin qət olunmuş qətnaməyə əsasən uşaqların yaşayış yerini müəyyən edilməsindən ötrü yenidən məhkəməyə müraciət etmişdir və hazırda həmin iş Xaçmaz rayon məhkəməsinin hakimi Anar Sadıqovun icraatındadır. Hazırda iş üzrə yekun qərar qəbul edilmədiyindən uşaqların hər ikisi onun himayəsindədir. Bu səbəbdən də icra sənədi icra olunmamışdır. O, icra sənədinin icrasında boyun qaçırmır. Məhkəmədə izahat vermiş Şəxs vəkili və nümayəndəsi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində icra şöbəsi tərəfindən verilmiş şəxsin icra sənədinin icrasında yayınması ilə bağlı tərtib edilmiş protokol və şəxsin yaşayış yeri məlum olmaması ilə bağlı rayon polis şöbəsinə edilmiş müraciət əsassızdır. Belə ki, şəxsin yaşadığı yer məlumdur və o, icra sənədində qeyd olunan həmin ünvanda yaşayır. Uşaqları ilə bağlı məhkəmənin qətnamələrinin icra edilməməsi, hal-hazırda uşaqların yaşayış yeri müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və iş məhkəmənin hakimi Anar Sadıqovun icraatındadır və bu səbəbdən iş üzrə məhkəmənin yekun qərarı olmadığından məhkəmə qətnamələrinin icrası mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(105)- 1564/2021 saylı icra sənədinə əsasən 16 iyun 2016-cı il təvəllüdlü X3 və 14 noyabr 2017ci il təvəllüdlü X1 Şəxs alınaraq Zərərçəkmiş şəxs qaytarımasından qərəzli olaraq yayınmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 11 mart 2022-ci il tarixli, və 23 aprel 2022-ci il tarixli, məktublarından görünür ki, X5 barəsində 780058 və 780098 nömrəli axtarış işi açıldığı bildirilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(067)- 1470/2022 saylı məhkəmə bildirişindən görünür ki, ailə mübnasibətləri üzrə sair mübahisələr tələbinə dair iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası 17 iyul 2022-ci il tarixə, saat 10:35-ə təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Azərbaycan Respublikası İcra haqqında Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və həmin müraciət məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1060/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1060/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver