Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1060/2025 24.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Qərardan şikayət vermiş şəxs X4 İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Xaçmaz RPŞ-nin əmədkaşı Nümayəndə iştirakları ilə, X5 tərəfindən Xaçmaz RPŞ-nin X9 Bölməsinin 26 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X5 tərəfindən Xaçmaz RPŞ-nin X9 Bölməsinin 26 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona qarşı əsassız olaraq inzibati tənbeh vermə haqqında inzibati cərimə tətbiq olunmuşdur. Ona görə ki, o, idarə etdiyi avtomobil ilə piyadaya yol verməli deyildi. İXM-nin tələblərinə görə piyadaya “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Hesab edir ki, onun əməlində İXM-nin 330.0.1-ci maddəsinin tərkib əlaməti yoxdur, bu səbəbdən də inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Nümayəndə izahat verərək bildirmişdir ki, xidmətdə olan zaman Toyota Yaris markalı ** BU *** dövlət nömrə nişanlı avtomobilin Xaçmaz şəhəri Nərimanov prospektində piyadaya yol verməməsini aşkar etmiş və avtomobilin sürücüsünə İXM-nin tələblərinə uyğun olaraq inzibati cərimə yazmışdır. Törədilmiş inzibati xəta kamera vasitəsilə qeydə alınmış, həmin görüntü məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını və tərəfin izahatlarını araşdıraraq, hesab edir ki, şikayət əsassız olduğundan, qərar dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 iyun 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 26 iyun 2025-ci il tarixdə X5 idarə etdiyi Toyota Yaris markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinin tələblərini pozmuşdur. 26 iyun 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 26 iyun 2025-ci il tarixdə X5 idarə etdiyi Toyota Yaris markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən qüvvədə olan qanunun tələblərini pozmuşdur. Buna əsasən X5 İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş videogörüntüdən görünür ki, Toyota Yaris markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Xaçmaz şəhəri, Nərimanov prospekti ilə hərəkətdə olan zaman piyada zolağına daxil olmuş 3 nəfər piyadalara (sol tərəfdən ana və uşaq, sağ tərəfdən yeniyetmə oğlan) yol vermədən yoluna davam etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş videogörüntü işin mübahisəsiz halıdır və bu videogörüntü ilə sürücü X4 piyadaya yol verməməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Əksinə yol patrul xidmətinin inspektoru inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu məhkəməyə isbat etmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz RPŞ-nin X9 bölməsinin 26 iyun 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz RPŞ-nin X9 bölməsinin 26 iyun 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1060/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1060/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver