Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1062/2020 21.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cı ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Fərruxağa Qayıbov küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Xaçmaz şəhəri F.Qayıbov küçəsində yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə saat 18-40 radələrində RPŞ-nin növbətçi hissəsinin qarşısında nəlayiq küçə söyüşləri söyərək İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18-40 radələrində RPŞ-nin növbətçi hissəsinin qarşısında nəlayiq küçə söyüşləri söyərək İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, həmin gün ailə münasibətləri zəmnində ailə üzvləri ilə ciddi şəkildə mübahisə etmişdir. Əlavə olaraq bildirmişdir ki, 3 qrup əlildir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X2 bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18-40 radələrində RPŞ-nin növbətçi hissəsinin qarşısında nəlayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin polis sahə rəisi X4 bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18-40 radələrində RPŞ-nin növbətçi hissəsinin qarşısında nəlayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1991-cı ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 18:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1062/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1062/2020
21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver